Xəbərlər / Digər Xəbərlər
11 avqust 2017
3 058

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakı məktəblərində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 7997 ərizənin onlayn qeydiyyatı (bu gün saat 18:00-a olan məlumata əsasən) aparılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
 
Avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın 20-dək həyata keçiriləcək.
 
Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.
 
Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.
 
2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
 
Qeyd edək ki, 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.  
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb - SİYAHI

Təhsil İdarəsindən sənəd qəbulu ilə bağlı - YENİLİK

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Övladı gələn il 1-ci sinifə gedəcək valideynlərin diqqətinə - VİDEO

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Məktəbəhazırlıq qruplarında dərslər yekunlaşdı.

Qax rayonunda məktəbəhazırlıq qruplarının müəllimləri ilə seminar keçirilib

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası”  mövzusunda təlimlər davam edir

Məktəbəhazırlıq qruplarında ilk açıq məşğələ keçirilib

Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib

Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlərə start verilib

Məktəbəhazırlıq qrupları üçün 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planı

Ağstafanın  kənd məktəblərində məktəbəhazırlıq və ibtidai siniflərdə dərs deyən müəllimlərin seminarı keçirilib.

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb