Xəbərlər / Digər Xəbərlər
07 avqust 2017
2 721


“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

 

 
Bir neçə il öncə deputat Zahid Oruc Bərdədə Qarabağ Dövlət Universitetinin yaradılması təşəbbüsünü irəli sürmüşdü. Deputatın təklifindən 2 il sonra ölkə başçısı İlham Əliyev Bərdədə səfərdə olarkən  həmin rayonda Qarabağ Dövlət Universitetinin yaradılması təşəbbüsünə çox böyük ilgi göstərmişdi, dərhal bununla bağlı müvafiq strukturlara tapşırıq da vermişdi. Ancaq həmin ideya nədənsə unudulmuşdu. Bu günlərdə təhsil eksperti Kamran Əsədov Qarabağ Dövlət Universiteti yaradılmasını ideyasını yenidən gündəmə gətirib. Ekspert  lazımi dəstək olacağı təqdirdə Qarabağ Dövlət Universiteti adında təhsil müəssisəsi açmağın, onu bütün dünyada tanıtmağın mümkünlüyünü vurğulayıb. Firudin Cəlilov bildirib ki, Qarabağ Universitetinin yaranması onun hələ 1992-ci ildə arzusu olub:"Qarabağ Universitetinin yaradılması fikri çox müsbətdir. Mən 1992-ci ildə bu məsələni qaldırmışdım və az qalmışdı ki, gerçəkləşdirim. O vaxt hələ müharibə də çox qızışmamışdı. Xankəndində bir universitet filialı, Şuşada da pedaqoji texnikum var idi və onları birləşdirib Qarabağ Universiteti açmaq istəyirdim.  Sənədlər də hazır idi və Qarabağlı ziyalılar da bu işdə mənə kömək edirdilər. Hər şey hazır oldu, ancaq sonra müharibə qızışdı deyə məsələ bir qədər ləngidi. Buna baxmayaraq  fikrimizdən yayınmadıq, Xankəndində olmasa da bizdə olan torpaqlarda bu ideyanı reallaşdırmaq istədik. Amma rəhmətlik Elçibəyin o vaxt humanitar məsələlər üzrə müşaviri bu ideyanı gerçəkləşdirməyimizə mane oldu. Mən o zaman təkcə Qarabağ Universiteti yox, həm də Qazax Universiteti açmaq istəyirdim. Bunu ona görə düşünmüşdüm ki, Gürcüstanda yaşayan soydaşlarımız da gəlib orada oxuya bilsin. O ideya da yarımçılıq qaldı. İndi Qarabağ Dövlət Universitetinin yaradılması fikrini ancaq alqışlaya bilərəm”.Hörmətli professorumuz ad açıqlamasa da, qeyd edək ki, o zaman Əbülfəz Elçibəyin humanitar məsələlər üzrə müşaviri Rafiq İsmayılov olub.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

Azərbaycanlı tələbə Nalbandyanı çıxlmaz hala saldı..VİDEO

Azərbaycanlı tələbə Nalbandyanı çıxlmaz hala saldı..VİDEO

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

Mətbuat Şurasının 03.08.2016-cı il tarixli iclası ilə bağlı açıqlama

Mətbuat Şurasının 03.08.2016-cı il tarixli iclası ilə bağlı açıqlama

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Nazir daha üç kolleci birləşdirir

Nazir daha üç kolleci birləşdirir

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

Bakıda iki dövlət universiteti birləşdirilə bilər

Bakıda iki dövlət universiteti birləşdirilə bilər

Hansı universitet müharibə veteranını intihara vadar edir?

Hansı universitet müharibə veteranını intihara vadar edir?

Dillər Universiteti ilə Bakı Slavyan Universiteti birləşdiriləcək?-iddialar

Dillər Universiteti ilə Bakı Slavyan Universiteti birləşdiriləcək?-iddialar

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı