Xəbərlər / Bakalavr
21 iyul 2017
5 355


Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

 Azərbaycanda 2017-2018-ci tədris ilinin başlanmasına təxminən 2 ay vaxt qalıb. İyulun 29-dan isə ixtisas seçimi başlayır.


İxtisas seçimi ərəfəsində Report dövlət ali məktəbləri arasında sorğu keçirərək təhsil haqlarında artım olub-olmadığını öyrənib.


Məlum olub ki, dövlət universitetləri arasında Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil haqları artıb.


Bakı Dövlət Universitetindən bildirilib ki, yeni tədris ili üçün cüzi artım nəzərdə tutulub: "Bəzi ixtisaslarda təxminən 100-200 manat artım var. O da müəyyən dövri tənzimləmələr üçündür. Yəni, kütləvi şəkildə artım müşahidə edilməyəcək. Artım, əsasən, bakalavr pilləsində olacaq. Ümumi qiymətlərə gəlincə, təhsil haqları 1600-4800 manat arasında dəyişir”.


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-2018-ci tədris ili üçün ötən illə müqayisədə 300-500 manat arası artım qeydə alınıb: "Müasir dövr üçün daha çox tələb olan ixtisaslarda təhsil haqqı 1800 manatdır. Digər ixtisaslarda təhsil haqqı 1600 manatdır”.


Azərbaycan Tibb Universitetində müalicə işi və stomatologiya ixtisaslarında təhsil haqqı 3000, əczaçılıq və tibbi profilaktikada 2000 manatdır. Yəni, yeni tədris ilində ödəniş haqlarında artım olmayacaq, təhsil haqları stabil qalacaq. Müalicə işində 635, hərbi həkimlikdə 105, tibbi profilaktikada 80, stomatologiyada 100, əczaçılıqda 75 tələbənin qəbulu nəzərdə tutulub.


Bakı Ali Neft Məktəbində təhsil pulsuzdur. Yeni tədris ili üçün ali məktəbdə 135 tələbə üçün ödənişsiz təhsil veriləcək. Onu da xatırladaq ki, yeni tədris ilindən məktəbin tələbələri yeni istifadəyə verilən kampusda öz təhsillərini davam etdirəcəklər.


Bakı Slavyan Universitetində 2016-2017-ci illər üçün təhsil haqlarının məbləği azaldılıb. Yeni tədris ili üçün isə hələlik məbləğlərdə dəyişiklik yoxdur. Təhsil haqları 1400-2000 manat arasında dəyişir. Bütün fakültələr üzrə 1085 tələbə qəbulu nəzərdə tutulub. Bunun 750 nəfəri Azərbaycan bölməsi üzrə (əyani), 300 nəfəri isə rus bölməsi üzrə (əyani) planlaşdırılır. Azərbaycan bölməsində 15 nəfər, rus bölməsində 20 nəfər tələbənin qiyabi təhsil alması nəzərdə tutulub.


Azərbaycan Dillər Universitetində təhsil haqqı 1000-2500 manat arasındadır: "Bir neçə ildir belədir və bu il də dəyişməyəcək. Bu tədris ili üçün 1400 bakalavr, 310 magistr qəbulu nəzərdə tutulur”.


Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilində də ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı sosial-iqtisadi vəziyyət nəzərə alınaraq müəyyənləşdirilib: "Universitetdə ödənişli əsaslarla təhsil alanların ödədiyi vəsait 1400-1800 AZN arasında dəyişir. Bu da öz növbəsində müafiq olaraq qiyabi təhsil üzrə 1400-1500 AZN, əyani təhsil üzrə 1700-1800 AZN təşkil edir. AzTU-ya növbəti tədris ili üçün tələbə qəbulunda ötən ilə nisbətən daha çox yer nəzərdə tutulub. Universitetin 9 fakültəsinə əyani və qiyabi təhsil üzrə ümumilikdə 2135 yer ayrılıb”.


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2017/2018-ci tədris ilində təhsil haqlarında heç bir dəyişiklik nəzərdə tutulmayıb: "Təhsil haqqı 1500-2600 manat arasında dəyişir. 2017/18-ci tədris ilində UNEC üçün təhsilin bakalavr pilləsində 3415, magistr pilləsində isə 1489 plan yeri ayrılıb. Zaqatala filialına isə 350 qəbul planı nəzərdə tutulub”.


Sumqayıt Dövlət Universitetində təhsil haqqında heç bir dəyişiklik gözlənilmir: "Əyani və qiyabi təhsil əvvəlki qaydada aparılacaq. Ötən illər qəbul qaydası necə aparılıbsa, bu il də həmin qayda ilə aparılacaq. Qəbulda 1800-ə yaxın plan yeri nəzərdə tutulub. Təhsil haqqı 1900 -1300 manat arası dəyişir”.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişlə bağlı dəyişiklik nəzərdə tutulmayıb: "Yalnız qiyabi şöbədə 100 manat artım ola bilər. Təhsil haqları ixtisasdan asılı olaraq əyanidə 1600-1800, qiyabidə isə 1300-1500 manat arasındadır. Yeni tədris ili üçün qəbul üçün 2700 bakalavr yeri nəzərdə tutulub”.


Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında da qiymət artımı nəzərdə tutulmayıb. Təhsil haqları müxtəlif ixtisaslara görə 1800-2000 manat arasında dəyişir.


Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil haqlarında dəyişikliklər yoxdur, ötənilki qiymətlər qalır: "Belə ki, texniki ixtisaslarda – inşaat mühəndisliyi, ekologiya mühəndisliyi, meliorasiya və su təsərrüfatı mühəndisliyi, elektrik mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, torpaq, şəhər kadastrı və s. 1800 manat, iqtisadiyyat və memarlıqda isə 2300 manatdır”.


Mədəniyyət və İncəsənət Universitetində də qiymətlərdə heç bir dəyişiklik yoxdur. Belə ki, bakalavar pilləsi üzrə 1800, magist pilləsi üzrə isə 2000 manat təhsil haqqı müəyyən olunub.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Magistraturaya plan yerləri açıqlandı

Magistraturaya plan yerləri açıqlandı

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

Bakıda məktəbdən 900 manat pul və sənədlər oğurlayan şəxs tutulub

Bakıda məktəbdən 900 manat pul və sənədlər oğurlayan şəxs tutulub

GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

Qərb Universiteti mühəndislər hazırlayacaq

Qərb Universiteti mühəndislər hazırlayacaq