Xəbərlər
13 iyul 2017
2 803


Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb. Müvafiq müsabiqədə iştirak etmək üçün 1769 uşağın sorğusu yerləşdirilib. Nəticədə, 1471 uşaq müsabiqədə uğur qazanıb.
Müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə iyunun 20-dən iyulun 10-dək keçirilib.
 
Cari ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin nəzdindəki 287 nömrəli "Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyanın I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqlar da ümumi təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak ediblər.  
 
Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin nəzdindəki 287 nömrəli "Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinfə qəbul üzrə müsabiqə iyunun 6-dan 30-dək aparılıb. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara müsabiqə Nazirliyin müvafiq şöbəsinin nəzarəti ilə həmin lisey və gimnaziyalarda həyata keçirilib. 287 nömrəli "Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya müsabiqə isə BŞTİ-nin nəzarəti ilə müvafiq lisey və gimnaziyada aparılıb. Bu barədə hər bir valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə  (və yaxud elektron poçta) mesaj göndərilib. Lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqların valideynləri lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silərək, ümumi təhsil müəssisələrinə I sinfə qəbul üçün müsabiqəyə yazılıblar. Müsabiqələrdə iştirak üçün qeydiyyatdan keçmiş 2865 uşaqdan 1628-i uğur qazanıb.
 
Müsabiqədə iştirak edərək müvəffəq ola bilməyənlər isə iyulun 1-dən 10-na kimi ümumi təhsil müəssisələrinə xüsusi istedadlı uşaqların I sinfə qəbul üzrə müsabiqədə iştirak ediblər.
 
Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar I sinfə müsabiqədənkənar qəbul ediliblər.
 
Xüsusi istedada malik, 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu üzrə müsabiqə Azərbaycan Respublikası təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq aparılıb.
 
aztehsil.com
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Birinci sinfə qəbul üzrə müsabiqə

Birinci sinfə qəbul üzrə müsabiqə

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu üçün müsabiqə başlayıb

Birinci sinfə qəbul üzrə müsabiqə

Birinci sinfə qəbul üzrə müsabiqə

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

Lisey və gimnaziyalara 3359 sorğu yerləşdirilib

Lisey və gimnaziyalara 3359 sorğu yerləşdirilib

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

vaxtından əvvəl I sinfə qəbula 815 nəfər uşaq müraciət edib -VİDEO

vaxtından əvvəl I sinfə qəbula 815 nəfər uşaq müraciət edib -VİDEO

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Bugün orta ümumtəhsil məktəblərində son zəng qeyd olunur

Bugün orta ümumtəhsil məktəblərində son zəng qeyd olunur

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

"Düşünürəm ki, istədiyi məktəbə qəbul olma imkanı olmayan uşaqlar da ərazidəki digər məktəblərə yerləşdiriləcək”

"Düşünürəm ki, istədiyi məktəbə qəbul olma imkanı olmayan uşaqlar da ərazidəki digər məktəblərə yerləşdiriləcək”

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib