Xəbərlər / Təlim və Seminar
08 iyul 2017
5 121


Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

 

Paytaxt məktəblərində "Məktəb seminarları: İlin yekunları və perspektivlər” mövzusunda "Dəyirmi masa”lar yekunlaşıb.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan "Dəyirmi masa”lar 3-7 iyul tarixlərində paytaxtın 12 inzibati rayonu üzrə bütün məktəbləri əhatə edib. Sonuncu "Dəyirmi masa”lar Suraxanı, Xəzər və Pirallahı rayonlarının ümumi təhsil müəssisələri üzrə keçirilib.
 
"Dəyirmi masa”larda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və  təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri iştirak edib.
 

 

Qruplar şəkilində ayrı-ayrılıqda təşkil olunan "Dəyirmi masa”larda tədrisin təşkili, istedadlı uşaqlarla iş, karyera inkişafı, şagird nailiyyətlərinin izlənilməsi, məktəbdaxili qiymətləndirmə, davamiyyət, şagirdlərin yerdəyişməsi, müəllimlərin peşəkar inkişafı, məktəbdənkənar fəaliyyətlərin düzgün planlaşdırılması, 2016-2017-ci tədris ilində tətbiq olunan layihələr, məktəblərin vahid pedaqoji elektron nəşrlərinin hazırlanması, məktəb saytlarının təkmilləşdirilməsi, ictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması və digər mövzular ətrafında müzakirələr aparılıb. Bundan başqa, məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
 

 

Məktəb direktorları üçün keçirilən "Dəyirmi masa”da çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva 2016-2017-ci tədris ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr barədə fikirlərini bildirib, məktəblər tərəfindən İllik Fəaliyyət Planının müstəqil şəkildə hazırlanmasının vacibliyi, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, qiymətləndirmə, dərsə davamiyyətin tənzimlənməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, məktəbəhazırlıq qruplarının təşkili barədə danışıb. Həmçinin, müəllimlərin dərs yükü, təmayülləşmə, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması, Təlimə Dəstək Mərkəzinin fəaliyyətinin genişləndirilməsi və digər məsələlərə toxunub.
 

 

Məktəb direktorları qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndiriblər.
Sonra müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
 

 

Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən "Məktəb seminarları” layihəsinin ikinci ilində məqsəd təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, "keyfiyyətli təhsil vermək”, "xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə, səmərəli məktəb ideyasının bir dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir.
 
"Məktəb seminarları” təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərinin müzakirəsi və idarəetmə istiqamətində mövcud olan uğurlu təcrübənin bölüşdürülməsi məqsədilə həyata keçirilən tədbirlərin davamıdır.
 

 

aztehsil.com
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

Fəal dərsin təşkili....Dəyirmi masa

Fəal dərsin təşkili....Dəyirmi masa

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib

Pedaqoji təcrübə - dəyirmi masa..

Pedaqoji təcrübə - dəyirmi masa..

Şabran şəhər 5 nömrəli tam orta məktəbdə 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar "Müstəqilliyimiz əbədidir" adlı dəyirmi masa keçirilib.

Şabran şəhər 5 nömrəli tam orta məktəbdə 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar "Müstəqilliyimiz əbədidir" adlı dəyirmi masa keçirilib.

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Şabran rayon Zeyvə kənd tam orta məktəbdə 17 noyabr ― Milli Dirçəliş Günü münasibətilə dəyirmi masa təşkil olunub

Şabran rayon Zeyvə kənd tam orta məktəbdə 17 noyabr ― Milli Dirçəliş Günü münasibətilə dəyirmi masa təşkil olunub

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (PEDAQOJİ ŞURA)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (PEDAQOJİ ŞURA)

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

Təmayül siniflərin yaradılması ilə bağlı iclas keçirilib

Təmayül siniflərin yaradılması ilə bağlı iclas keçirilib

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-IV hissə(Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-IV hissə(Əməyin mühafizəsi üzrə işin təşkili)

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.