Xəbərlər
05 iyul 2017
2 386


"Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də vətəndaşların müraciətinə baxmaqdır"

 

Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada insanların hüquq və azadlıqlarının qorunması, bu sahədə qanunvericiliyə ciddi riayət edilməsi, vətəndaşa qayğı və diqqət göstərilməsi xeyli yaxşılaşıb. Prezident İlham Əliyevin dövlət qurumları qarşısında müəyyənləşdirdiyi ciddi tələblərdən biri də vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddiliklə diqqət yetirilməsi ilə bağlıdır.  Bu məsələyə daim toxunan dövlət başçısının əsas tələblərindən biri vətəndaşı narahat edən problemlərə həssaslıqla yanaşılmasıdır.
Təhsil Nazirliyində də vətəndaş müraciətləri xüsusi əhəmiyyət kəsb edir. Müraciətlər cavabsız qalmır, vətəndaşların problemlərinin aradan qaldırılması üçün mütəmadi işlər görülür. Ötən ildən başlayaraq nazirlikdə və onun tabeçiliyində olan qurumlarda vətəndaşların qəbulu və onlara nəzarət üzrə onlayn sistem yaradılıb. Bu portalın fəaliyyəti vətəndaşların qəbula yazılması, yönləndirilməsi, qəbul prosesinin müşahidəsi, SMS göstəriş sistemi vasitəsi ilə qəbulun keçirilmə vaxtı barədə məlumat verilməsi, qəbulun nəticələrindən nə dərəcədə razı qalmasının öyrənilməsinə imkan yaradır.
Təhsil naziri Mikayıl Cabbarov çıxışlarında bunun vətəndaşlarla işə nə dərəcədə önəm verildiyinin göstəricisi olduğunu deyib: "Nazirliyin illik iş planında qarşıya qoyulan məqsəd və vəzifələr müəyyənləşdirilərkən əsas mənbələrdən biri məhz müraciətlərdir. Həyata keçirdiyimiz islahatlarda onları mütləq nəzərə alırıq”.
Təhsil Nazirliyinin məqsəd və vəzifələrini müəyyənləşdirərkən əsas mənbə rolu oynayan həmin müraciətlər İnformasiya şöbəsinin Telefon Məlumat Mərkəzi və Vətəndaşların Qəbulu Mərkəzi vasitəsi ilə daxil olur. Sorğu və şikayətlər, rəy və təkliflərin əksini tapdığı müraciətlər müxtəlif şöbələrdə araşdırılır və müvafiq tədbirlər görülür.
İnformasiya şöbəsinin müdir müavini Yaşar Zeynalov  qəzetimizə açıqlamasında bildirib ki, Təhsil Nazirliyində və tabe qurumlarında vətəndaşların qəbulu və ona nəzarət onlayn sistem üzrə indiyədək 20225 qəbulla bağlı müraciət daxil olub. Onlardan 19685 müraciət cavablandırılıb, 13202-si başa çatıb, 6483-ü isə yekunlaşmayıb. Hazırda 540 müraciət üzrə araşdırılma aparılır. Həmin 19685 müraciətdən 3458-i qismən razı, 6100-ü isə müraciətlərin araşdırılmasından razı olduqlarını bildiriblər.
Y.Zeynalov vurğulayıb ki, daxil olan müraciətlər əsasən sorğu xarakterli olur: "Mövsümi müraciətlər üstünlük təşkil edir. Odur ki, hazırda təhsil sahəsində yeniliklər artdığından müraciətlərin sayında da artım müşahidə olunur. Bunu həm Telefon Məlumat Mərkəzinə, həm də Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin ötən ilin müvafiq dövrü ilə müqayisəsi də təsdiq edir. Məsələn, Telefon Məlumat Mərkəzinə ötən ilin may ayında 8331 müraciət daxil olub. Bu ilin may ayında müraciət edənlərin sayı iki dəfədən də çox artaraq 17 685-ə çatıb. 2017-ci ilin iyun ayında 2016-cı illə müqayisədə fəallıq müşahidə olunub. Belə ki, ötən il elə həmin mərkəzə müraciət edənlərin sayı 12683 olubsa, bu il bu rəqəm 16723-dür. Vətəndaşların Qəbulu Mərkəzində isə vəziyyət fərqlidir. Belə ki, burada ötən illə müqayisədə müraciət edənlərin azaldığı müşahidə olunur”.
Y.Zeynalov deyib ki, təhsil sahəsində baş verən yeniliklər müraciətlərin statistikasına təsir edir: "Ümumi təhsil məsələləri ilə bağlı 2017-ci ildə müraciətlərin statistikasına baxsaq görərik ki, ilin ilk iki ayında - yanvar və fevralda müraciətlərdə ciddi azalma var. Mart ayında isə birdən-birə 3 dəfə artım müşahidə olunub. Çünki Bakı şəhərinin ümumtəhsil məktəblərində 1-ci sinfə qəbulda yeni qaydaların tətbiqi böyük ajiotaj yaratdı və gözlənilmədən müraciətlərin artmasına səbəb oldu. Müraciətlərin sayının bu ay da çox olacağı gözlənilir. Ötən ay müəllimlərin yerdəyişməsi həyata keçirildi. Bu ay isə işə qəbulla bağlı müsabiqə başladı. Bununla əlaqədar olaraq müraciətlərin artacağı proqnozlaşdırılır”.
Müraciətlərin əhatə etdiyi mövzular təhsil sənədlərinin tanınması (nostrifikasiya), kadr və ümumi təhsil məsələləri ilə bağlı olub. Nostrifikasiya ilə bağlı müraciətlər bu il azalmağa başlayıb.  Bu səpkili müraciətlərin sayı ötən ilin yanvar ayında 4293, cari ilin yanvarında isə 3212 olub.
Yaşar Zeynalov bu məsələdə son illərdə bəzi dəyişikliklər olduğunu, ötən ilin oktyabrından başlayaraq Akkreditasiya və Nostrifikasiya İdarəsinin nostrifikasiya şöbəsində bu sahədə həyata keçirilən fəaliyyətin öz bəhrəsini verdiyini bildirib: "Müraciətlərdəki azalmanı bununla əlaqələndirmək olar. Nəticədə təhsil sənədlərinin tanınması  ilə bağlı 2017-ci ildə sorğuların və şikayətlərin sayı əvvəlki il ilə müqayisədə 2 dəfə azalıb. Kadr məsələləri ilə bağlı bu il ərzində müraciət edənlərin sayının artım dinamikası isə əksər rayonlarda keçirilən diaqnostik qiymətləndirmə ilə əlaqələndirilir”.
Göründüyü kimi, əhalinin bütün təbəqələrinin gündəlik qayğılarından biri olan təhsil məsələləri də daim diqqət mərkəzindədir. Nazirlikdə bu sahədə bir çox yeniliklərin tətbiqi artıq öz müsbət nəticəsini verməkdədir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də vətəndaşların müraciətinə baxmaqdır"

"Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də vətəndaşların müraciətinə baxmaqdır"

Ötən ay Təhsil Nazirliyinə 20 mindən çox müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 20 mindən çox müraciət daxil olub

İyun ayında, əsasən, hansı məsələlər üzrə Təhsil Nazirliyinə müraciət daxil olub?

İyun ayında, əsasən, hansı məsələlər üzrə Təhsil Nazirliyinə müraciət daxil olub?

Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16 593 müraciət daxil olub

Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16 593 müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib

Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

DİM: "İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub"

DİM: "İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub"

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək

Təhsil naziri Şabranda vətəndaşları qəbul edib

Təhsil naziri Şabranda vətəndaşları qəbul edib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir