Xəbərlər
30 iyun 2017
4 653

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunlar üçün "Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri Bakı Biznes Universitetində keçirilib.
 
Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Aztehsil.com xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə vurğulanıb ki, gənclərin əmək bazarına inteqrasiya və məşğulluq imkanlarının artırılması dövlət məşğulluq siyasətinin əsas hədəflərindən biridir. Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirlərinin bir istiqaməti də bu məqsədə yönəlib. Bu ilin 5 ayında nazirliyin məşğulluq orqanları tərəfindən 31,3 min nəfərə yaxın şəxsin məşğulluğu təmin edilib ki, onlardan 30%-ni gənclər təşkil edib.
 
Qeyd olunub ki, işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi və rəqabət qabiliyyətinin artırılması məşğulluğun, ümumən əmək bazarında tələb və təklif arasında uyğunluğun təmin edilməsində mühüm rola malikdir. Bu məqsədlə aparılan işlərin davamı kimi, bu ilin 5 ayında nazirlik tərəfindən 1887 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 1796 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 91 nəfər) üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Həmin şəxslərdən 51,5%-i gənclərdən ibarət olub. Bu dövrdə 56 145 nəfər gəncə isə əmək bazarının tələbləri əsasında düzgün peşə və ixtisas seçimi etmələri üçün peşəyönümü məsləhətləri verilib.
 
Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Bakı Biznes Universitetində "Karyerada ilk addım" devizi altında təşkil olunan bu aktiv məşğulluq tədbiri də tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədinə yönəlib. Tədbirdə 3-ü dövlət, 44-ü özəl sektora aid 47 müəssisə tərəfindən 200  boş (vakant) iş yeri təqdim olunub. Həmin müəssisələrin  nümayəndələrinin də iştirakı ilə keçən tədbirdə tələbə və məzunlara əmək bazarı, peşə və ixtisaslara olan  tələblər haqqında məlumatlar verilib. Onlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı yaradılıb. Tədbir zamanı vakant iş yerlərinə göndərişlər verilib, habelə işəgötürənlər tələbə və məzunlardan şəxsi məlumatlar əks olunan CV-ləri qəbul ediblər.
 
Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Bu ilin ötən dövründə respublikamızın 7 ali təhsil müəssisəsində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 453 müəssisə tərəfindən 2,3 minədək vakant iş yeri təqdim olunub.
 
Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

LDU-da açıq qapı günü və məzun yarmarkası  keçirilib.

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Əmək münasibətlərinə aid 10 SUAL - 10  CAVAB

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

" Bu 3 faktoru Azərbaycan məzununa verə bilsək, onların əmək bazarında iş yeri olacaq..."

Peşə təhsili nəinki zəifləməli, əksinə daha da inkişaf etdirilməlidir

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Qərb Universitetinin tələbələri üçün iş imkanı

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"