Xəbərlər / Digər Xəbərlər
20 iyun 2017
6 695


DQ-nin nəticələri müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

 

 
Əziz dostlar, hörmətli həmkarlar. Obyektiv və subyektiv yanaşmanızdan asılı olmayaraq təhsilimizin problemlərinə, onun əsas subyekti olan müəllim taleyinə biqanə qalmadığınız sevindirici və təqdirəlayiq olub, həm də ümumi ictimai rəyin formalaşması üçün lazımlı və əhəmiyyətlidir. Bununla əlaqədar bəzi məqamları xatırlatmağı özümə borc bildim.

Hesab edirəm ki, müəllim əməyinin qiymətləndirilməsi və stimullaşdırılması kimi taleyüklü bir məsələ müxtəlif məzmunlu və bir-birinə zidd xarakterli açıqlama və bəyanatlarla deyil, bilavasitə təhsil qanunvericiliyinə müvafiq normativlər və ya təlimatlarla tənzimlənməlidir.
 
Məlum olduğu kimi, hələ 1999-cu ildə qəbul olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stımullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqınə lazımi diqqət yetirilməməsı xüsusi olaraq vurğulanmış, bu məqsədlə rəhbər və pedaqoji kadrların attestasiyasının 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu.

Bununla əlaqədar, Nazirlər Kabineti "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə" 23 may, 2001-ci il tarixli, 97 №-li qərar da vermişdi.
 
Sabiq təhsil naziri Misir Mərdanovun 21 oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu.
 
Bu məqsədlə attestasiyanın Qaydaları hazırlanmış, Təşkilat komitəsi belə yaradılmışdı. Mərdanov öz missiyasını yrımçıq qoyaraq, "Qoy hələ həkimlər attestasiyadan keçsin, biz də onların təcrübəsinə baxaq" gözləntisi ilə təhsillə vidalaşdı.

Nəhayət, on illik bir dövr ərzində biganəlik göstərilən məsələni "Qaydalar”a müvafiq həll etmək istiqamətində ilk addım kimi Təhsil Nazirliyi Bakı Şəhəri üzrə təhsil İdarəsinin xidməti məktubunu əsas götürərək "Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə” (06 may,2014-cü il, № - 526) əmr verdi.
 
Əmrə əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinə tapşırılırdı ki, sınaq qiymətləndirmənin nətıcələri əsasında, ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsil proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb, təqdim etsinlər.

Təhsil Nazirliyinin yüksək çinli məmurları isə əmrin təbliği istiqamətində müəllimləri əmin edirdilər ki, "sınaq qiymətləndirilməsi müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan, zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilməsi diaqnostik xarakter daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir” Əmrdən və açıqlamalardan göründüyü kimi əmək haqqı məsələsi Nazir əmrinin predmeti olmayıb.

Yeni əmrə əsasən qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılırdı. Yəni stavka sovet dönəmində olduğu kimi yenidən 12 saatdan 18 saata qaldırılir, diaqnostik qimətləndirmə dedikdə isə bir müddət əvvəl paytaxt müəllimlərinin cəlb olunduqları ikimərhələli sınaq imtahanları nəzərdə tutulurdu.
 
Bu mənada maaş artımının sınaq qiymətləndirmədə zəif və yüksək nətıcə göstərmələrindən asılı olmayaraq hər kəsə şamil edilməsi istər Təhsil sahəsində islahat Proqramının, istərsə də Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müddəaları ilə uzlaşmırdı. Çünki, Strategiya müəllimlərin maddı motivasiyasının yaxşılaşdırılmasını önə çəkərkən səriştə və nətıcə əsaslı diferensiallaşmış, əmək bazarında rəqabətəqabiliyyətli əmək haqqı sisteminin yaradılmasını nəzərdə tutur. Hazırkı məqamda isə sərıştə və nəticə nəzərə alınmamış olurdu. 

Gedişat prosesində müəyyən problemlərin üzə çıxması təbii ki, "Müəllimlərin attestasiyası məsələsi gündəmdədir. Amma bu, başqa bir məsələdir ki, biz attestasiyaya hazırıqmı?”; "Attestasiyaya ən tez halda, ölkənin bütün regionlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdıqdan sonra başlamaq olar.
 
Yaxud bunlar paralel də ola bilər”; "Məsələn, artıq Bakıda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Bakıda bəlkə də attestasiyaya başlamağı fikirləşə bilərik”; "Biz ən azından real vəziyyəti bilməliyik”; "Gərək müəllimlərə ixtisasartırma üçün kurslar təklif olunsun, yəni onlara şans verilsin.
 
Çünki bu gün biz attestasiya etsək, nəticə yəqin ki, elə də ürəkaçan olmayacaq”; "Attestasiyadan fərqli olaraq, bu gün müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması məsələsi gündəmdə durmur: Amma bu gün müəllim işləmək istəyən şəxs ilk növbədə mərkəzləşdirilmiş qaydada imtahan verməli, ondan sonra diaqnostik qiymətləndirilmədən keçməlidir. Sonra da sertifikasiya prosesi olmalıdır” və s bu kimi açıqlama və bəyanatlarla müşayət olundu ki, bu da gözlənilən idi.

Daha sonra könüllü attestasiya aparılacağı, müəllimlərə lisenziya veriləcəyi, onların sertifikasiyadan keçəcəyi manipulyasiya edildi, bir qədər sonra isə yenidən diaqnostik qiymətləndirmənin attestasiyaya hazırlıq mərhələsi olduğu bəyan olundu, 10 bal həddi 30 bal hədd versiyası ilə əvəz edildı və s.

Unutmayaq ki, "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nı, Nazirlər Kabinetinin Qərarını, Təhsil Nazirliyinin müvafiq əmrini arxivə göndərsək belə, qüvvədə olan Təhsil haqqında Qanunun "1.0.6. maddəsinə əsasən attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prоseduru"dur.
 
Yerlərdə Diaqnostik Qiymətləndirmənin nəticələrindən sui-istifadə   edərək, ifratçılığa və qanunvericiliyin tələblərinin pozulmasına geniş yol verilir ki, bu da çoxsaylı narazılıqlar və narahatçılıqlar yaradır.

Arzu və ümid edək ki,Təhsil Nazirliyi təkcə çoxsaylı müəllim auditoriyasının deyil, habelə geniş ictimaiyyətin narahatçılıq və gərginliyinə səbəb olan problemin optimal həlli istiqamətində əməli və təxirəsalınmaz addımlar atmaqla sosial mediada geniş yer alan ehtimallarla, fərziyələrlə, abstrakt mülahizələrlə son qoyacaq.

Nadir İsrafilov -Təhsil eksperti

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Bütün müəllimlərin maraqlandığı xəbərə rəsmi açıqlama - İxtisarlar gedirmi?

Bütün müəllimlərin maraqlandığı xəbərə rəsmi açıqlama - İxtisarlar gedirmi?

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Müəllimlərin pedaqoji fəaliyyəti bunlara əsasən qiymətləndiriləcək - Nazirlik açıqladı

Müəllimlərin pedaqoji fəaliyyəti bunlara əsasən qiymətləndiriləcək - Nazirlik açıqladı

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu