Xəbərlər
25 may 2016
3 388


7 № li tam orta məktəbdə “ Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir!”

 25.05.2016 – cı il  tarixində  Səbail  rayonu,  M. Rahim  adına  7  №  li  tam  orta  məktəbdə   " Azadlıq  və  istiqlaliyyət   hər  bir  xalqın  milli  sərvətidir!” adlı  elmi – praktik  konfrans  keçirilib. Əvvəl  məktəbin  foyesində  tariximizi  canlandıran  sərgiyə  baxış  keçirilmiş , sonra  isə  " İstiqlaliyyətimiz  əbədidir”  mövzusunda  video  konfrans  təqdim olunmuşdur. Tədbir " Tariximiz   dünən  və  bu   gün”  başlığı  altında  şagird  araşdırmasının  təqdimatı  ilə  davam  etmişdir. İlk olaraq məktəbin X  sinif  şagirdi Qasımzadə  Ayla  " Azərbaycan  dövlət  müstəqilliyinin  bərpa  edilməsi  XX  əsrdə   xalqımızın  ən  böyük  nəaliyyətidir”   mövzusu  ilə  çıxış  etmişdir. "Azərbaycanda  hüquqi  və  demokratik  dövlət  quruculuğunun  həyata  keçirilməsi” mövzusunda  məruzə  ilə  IX  sinif  şagirdi Mirzəliyev  İbrahim   çıxış  etdi. "Xarici  ölkələrdə  Azarbaycan  diasporalarının   yaradılması”  mövzusunda  olan  araşdırılmasını məktəbin  VIII  sinif  şagirdi Mirzəyev Simran  təqdim  etdikdən  sonra  elmi  praktik  konfrans ,  "Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  Ulu  Öndərin  layiqli  davamçısıdır”  mövzusunda  X  sinif  şagirdi  Firavan Əlizadənin  təqimatı  ilə   yekunlaşdı.  İcra  Hakimiyyətinin başçısı  Eldar  Əzizov ,  YAP   Səbail  rayonunun təşkilatının  sədri , Milli  Məclisin  deputatı   Şəmsəddin   Hacıyev,  Səbail rayonu   ümümtəhsil  orta  məktəblərinin   direktorları  da   konfransda   iştirak  etmişlər.
 
 
 
  
 
 .
Məqalə Göndər








Загрузка...