Xəbərlər
23 may 2017
3 056

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Bu gün Təhsil Nazirliyində "eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin nümayəndələri, məktəb direktorları, müəllimlər iştirak edib.
 
Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, maddi-texniki təminat istiqamətində geniş tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, "eTwinning Plus” layihəsi çərçivəsində müəllim və şagirdlər XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edirlər: "Layihə çərçivəsində Azərbaycan şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. Azərbaycanın təhsil sistemində rəqəmsal məzmunun genişləndirilməsinə xüsusi önəm verilir. Elektron dərslik portalında elektron dərsliklərin sayı 188-ə çatdırılıb, video dərslərin sayı artırılıb, dərsliklərin ictimai müzakirəsinin həyata keçirilməsi üçün portal yaradılıb. Yalnız elektron dərslik portalında qeydiyyatdan keçən istifadəçilərin sayı 145 minə yaxındır. Portaldan 2 milyona yaxın yükləmələr olub. Müqayisə üçün son 1 il ərzində istifadəçilərin sayının 4 dəfə artdığı məlumdur. Bütün təhsil pillələrində informatika fənni tədris olunur, xüsusi proqramların tətbiqinə başlanılıb. 5 məktəbin bazasında müxtəlif ölkələrin istehsalçılarının robot texnologiyalarına əsaslanan cihazlar tətbiq olunur.
 
Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Ötən il 2 mindən çox müəllim, inzibati idarəetmə işçilərinin İKT üzrə səriştələrinin artırılması üçün təlimlərdən keçib. Hətta İKT-yə aid avadanlıqların təhsil müəssisələrində bölünməsi prosesində müəllimlərin hazırlıqdan keçməsi və bu sahə üzrə biliyi əsas olaraq ötürülüb. Əgər məktəbə hansısa iKT avadanlığı verilirsə, pedaqoji işçilər ondan istifadə etməyi bacarmalıdır”.
 
Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Monitorinq və treninq şöbəsinin müdiri Vüsal Xanlarov 2005-ci ildə yaradılan layihənin Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsi olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan 2013-cü ildə qonşuluq siyasəti əsasında bu layihəyə qoşulub. "eTwinning Plus” layihəsi çərçivəsində indiyədək 113 məktəbdən 282 müəllimin iştirakı ilə 315 layihə həyata keçirilib.
 
Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Tədbirin davamında müsabiqə qaliblərinə diplomlar təqdim olunub. "eTwinning Plus” layihəsi üzrə keçirilmiş müsabiqələrin nəticələrinə əsasən, 2016-cı ilin 6 ayı üzrə layihədə iştirak edən 18 müəllim mükafat qazanıb.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Bizi tanıyın!” layihəsi çərçivəsində növbəti konsert proqramı

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Zaqatala rayon məktəbliləri şimal-qərb bölgəsinə səfərə yollanıblar

ADPU-da “Twinning” layihəsinin özünütəhlil hesabatının növbəti təqdimatı keçirilib

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

"Ölkəmizi tanıyaq" layihəsində iştirak edəcək şagirdlərlə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

ADPU-nun Şamaxı Filialında “Açıq qapı günləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

BDU-nun Yapon dili şöbəsinin təkmilləşdirilməsi layihəsi üzrə müqavilə imzalanıb