Xəbərlər
16 may 2017
3 373

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqini və "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431; 2001, № 7, maddə 459; 2007, № 5, maddə 459; 2010, № 2, maddə 80) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nın V bölməsinin 6-cı hissəsinin "İcraçı təşkilatlar” sütununda "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 407; 2007, № 11, maddə 1118; 2009, № 6, maddə 419; 2012, № 4, maddə 290, № 5, maddə 427) ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 3.2-ci bəndində "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 583; 2003, № 8, maddə 441; 2005, № 12, maddə 1111; 2007, № 9, maddə 873; 2009, № 6, maddə 419) ilə təsdiq edilmiş "Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
 
Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

3.1. 1-ci hissədə "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya (bundan sonra – Komissiya)” sözləri "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz)” sözləri ilə əvəz edilsin;

3.2. 2–4-cü hissələrdə ismin müvafiq hallarında "Komissiya” sözü ismin müvafiq hallarında "Mərkəz” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297; 2009, № 6, maddə 419; 2011, № 3, maddə 182) ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"1.3. Test imtahanı Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən aparılır.”;

4.2. 3.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.7. Test nümunələri Vergilər Nazirliyi və Mərkəz tərəfindən hazırlanır. Mərkəz tərəfindən istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi müəyyən edilir, habelə cavab kartlarının oxunması təmin olunur. Test imtahanının keçirilməsi və qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.”;

4.3. 3.8-ci və 3.9-cu bəndlərdə "TQDK” abreviaturası "Mərkəz” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 627; 2015, № 2, maddə 122) ilə təsdiq edilmiş "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2-ci hissədə "Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (bundan sonra – Komissiya)” sözləri "Dövlət İmtahan Mərkəzinə (bundan sonra – Mərkəz)” sözləri ilə əvəz edilsin;

5.2. 4-cü hissədə (hər iki halda), 5-ci hissədə (hər üç halda), 6-cı hissənin ikinci abzasında, 8-ci hissədə (hər iki halda) ismin müvafiq hallarında "Komissiya” sözü ismin müvafiq hallarında "Mərkəz” sözü ilə əvəz edilsin;

5.3. 10-cu hissədə "qanunvericilikdə müəyyən edilmiş hallarda və” sözləri "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689; 2013, № 6, maddə 633; 2016, № 11, maddə 1803) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 5.2-ci bəndinin ikinci cümləsində "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 804; 2016, № 11, maddə 1803) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin 5.1-ci bəndində "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793) ilə təsdiq edilmiş "ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

8.1. 4.1-ci bənddə "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin;

8.2. 4.2-ci bənddə "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri "Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803) ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin 5.4-cü bəndində "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 381; 2016, № 11, maddə 1803) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin 5.4-cü bəndinin ikinci cümləsində "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, № 11, maddə 1803) ilə təsdiq edilmiş "Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin 4.2-ci bəndində "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 346; 2009, № 6, maddə 424; 2012, № 2, maddə 96; 2014, № 5, maddə 477, № 9, maddə 247; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

12.1. 8.3.1-ci və 8.3.2-ci yarımbəndlərin "İcraçılar” sütununda "Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin və həmin yarımbəndlərdən "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, ” sözləri çıxarılsın;

12.2. 8.3.3-cü və 8.7.2-ci yarımbəndlərin "İcraçılar” sütununda "Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin;

12.3. 8.4.1-ci yarımbəndin "İcraçılar” sütununda "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 504; 2009, № 4, maddə 226, № 6, maddə 424; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1464) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007–2010-cu illər)” "Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 5.9-cu bəndinin "İcraçılar” sütununda "Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 728; 2009, № 12, maddə 1043; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 5, maddə 861) ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)”nın 20-ci və 23-cü bəndlərinin "İcrasına məsul orqan” sütununda "Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1035; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011–2015-ci illər üçün Dövlət Proqramı”nın "Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 3.10-cu bəndinin "İcraçılar” sütununda "Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 39; 2016, № 8, maddə 1384, № 9, maddə 1470) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.2.5-ci, 3.1.16-cı, 3.4.1-ci və 3.5.3-cü yarımbəndlərinin "İcraçılar” sütununda "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri "Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin.
 
azertag.az
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev TQDK "Əsasnamə"sinə dəyişikliklər etmək barədə fərman verib

Prezident İlham Əliyev TQDK "Əsasnamə"sinə dəyişikliklər etmək barədə fərman verib

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək  Böyüt

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək Böyüt

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri

" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR

" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".