Xəbərlər
04 may 2017
2 946


Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

 

"Prezident İlham Əliyevin 2007-ci ilin aprelində imzaladığı sərəncamla "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı"nı təsdiq etməsi ölkəmizin təhsil sahəsində beynəlxalq əlaqələrinin daha da genişlənməsinə hərtərəfli imkanlar açıb". Aztehsil.com-un apa-ya istinadən verdiyi məlumata görə, bu barədə təhsil naziri Mikayıl Cabbarovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
 
Nazirin sözlərinə görə, proqram çərçivəsində təhsil almaq hüququ qazanmış tələbələrin sayı 3558 nəfərə çatıb, bu günədək dövlət proqramı çərçivəsində 1470 nəfər məzun olub: "Həmin məzunlar dünyanın ən aparıcı universitetlərində ölkəmiz üçün zəruri olan tibb, mühəndislik, İKT, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə təhsil alıblar. Proqram məzunlarının 95 faizi öz ixtisas istiqaməti üzrə, 5 faizi başqa sahədə fəaliyyətini davam etdirir. Məzunların 60 faizi özəl sektorda, 40 faizi isə dövlət sektorunda çalışır".
Məqalə Göndər








Загрузка...