Xəbərlər
30 aprel 2017
3 738


56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

 

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
 
Aztehsil.com moderator.az-a istinadən xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 66 binada aparılır. İmtahanların idarə edilməsinə 237 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 637 nəzarətçi-müəllim cəlb olunub.
 
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahanda 35 min 433 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 18 min 681-i II qrup üzrə, 16 min 752-si III qrup üzrə imtahan verəcək.
 
Abituriyentlərdən 32 min 89-u Azərbaycan bölməsinin (II qrup üzrə 16 min 612, III qrup üzrə 15 min 477 nəfər), 3 min 344-ü rus bölməsinin (II qrup üzrə 2 min 69, III qrup üzrə 1275 nəfər) məzunudur. 177 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənci isə 2002-ci ildəndir.
 
İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlanacaq və 3 saat davam edəcək.
 
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
Məqalə Göndər








Загрузка...