Xəbərlər
29 aprel 2017
6 114


Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb

Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb

 

Azərbaycanda təhsil alan ümumi şagirdlərin sayı 1.473.189 nəfərdir. Aztehsil.com apa-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin illik hesabatında qeyd edilib ki, təhsil alanların sayı ən çox olan rayon Sabunçu (59.088 nəfər), ən az olan isə Naxçıvan Muxtar Respublikasının Sədərək (1.296 nəfər) rayonudur. Azərbaycanda məktəblər gündüz və digər ümumtəhsil müəssisələri olmaqla iki yerə ayrılır və onların ümumilikdə sayı 4.476-dır. Bu məktəblərin 3.300-ü və ya 73.73%-i tam orta, 804-ü və ya 17,96%-i ümumi orta, 329-u və ya 7.35%-i isə ibtidai məktəbdir. Digər növ məktəblərin sayı az olub və ümumi çəkidə 1%-ə çatmır. Onlardan 17-si internat tipli məktəblər, 13-ü internat siniflərdir. Axşam, qiyabi məktəblər və siniflərin sayı isə müvafiq olaraq 7 və 6-dır.
 
Azərbaycanda ən çox məktəb olan rayonlara gəlincə, qeyd olunub ki, ümumtəhsil müəssisələrindən 316-sı Bakı şəhərində, 216-sı Naxçıvan Muxtar Respublikasında, 739-u 6 şəhərdə - Quba (135), Ağdam (135), Cəlilabad (125), Xaçmaz (123), Laçın (111), Kəlbəcərdə (110) yerləşir. Qalan 3.205 məktəb isə respublikanın digər rayon və şəhərlərinin payına düşür.
Naftalan şəhəri isə 3 məktəblə sıralanmada sonuncu yerdədir.
Məqalə Göndər








Загрузка...