Xəbərlər
28 aprel 2017
4 346


ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd olunması ilə əlaqədar tədbirlər planı hazırlanmışdır. Həmin tədbirlər planına uyğun olaraq aprelin 27-də "Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasının və inkişafının təminatçısıdır” mövzusunda tədbir keçirildi. Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

 

Tədbiri giriş sözü ilə açan filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyev bütün varlığı ilə doğma xalqına və Vətəninə bağlı olmuşdur. Ölkəmizin bütün sahələrində olduğu kimi, elm və təhsil sahəsində də davamlı inkişafının təməlini Heydər Əliyev qoymuşdur. Azərbaycan yaşadıqca Ulu Öndərin adı hər zaman onunla qoşa çəkiləcəkdir. Daim Heydər Əliyevin ideyalarına sadiq qalan Azərbaycan dövlətçiliyi dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da güclənəcək.
 

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

 

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirildi.
Filialın Təbiət və pedaqoji elmlər kafedrasının baş müəllimi Çingiz Dadaşov "Heydər Əliyev – dövlətçilik, idarəçilik və vətəndaşlıq məktəbidir” adlı məruzəsində bildirdi ki, Heydər Əliyevin milli dövlətçilik konsepsiyasının əsasında azərbaycançılıq ideologiyası dayanır. Ümummilli Liderə görə, azərbaycançılıq müstəqil dövlət daxilində ümumxalq həmrəyliyini təmin edir. 
Humanitar və xüsusi fənlər kafedrasının müəllimi Babək Abdullayev öz çıxışında Ümummilli Liderimizin təhsilə olan qayğısından danışdı. 

 

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

 

"Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Nərmin Maxsudova Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı gündən gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmasından danışaraq qeyd ki, biz müasir gənclər də öz növbəmizdə Heydər Əliyevin azərbaycançılıq ideologiyasına layiq olmağa çalışmalı və Vətənimizi hər zaman, hər sahədə uğurla təmsil etməliyik.
Məqalə Göndər








Загрузка...