Xəbərlər
26 aprel 2017
3 591


İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

 

Göygöl rayon Kərəmli kənd tam orta məktəbdə ingilis və rus dili fənnləri üzrə bilik yarışı keçirilib. Yarışda məktəbin VII-XI sinif şagirdləri iştirak edib. 
 
Yarışın keçirilməsində məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək, onların əldə etdikləri xarici dil bilgilərini möhkəmləndirməkdən ibarətdir.
 

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

 

Yarışda hər birində 6 şagird olmaqla, ümumilikdə 4 komanda iştirak edib.  Yarış 2 turda keçirilib. Hər turda şagirdlərə ingilis dili fənni ilə bağlı təfəkkür, məntiqi inkişafa əsaslanan, sözlərin düzgün yazılış və deyiliş qaydaları haqqında 10 sual verilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib, belə ki, ən çox xal toplayan komanda qalib gəlib.
 

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

 

Yarışın sonunda qalib komanda məktəb tərəfindən fəxri fərmanla təltif olunub.
 
Raminə Məmmədova(Göygöl Rayon Təhsil Şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...