Xəbərlər
25 aprel 2017
3 082


“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

 

Aprelin 25-də Balakən şəhər 2 nömrəli tam orta məktəbdə Məşğulluq Mərkəzi tərəfindən "Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib. Konfransda şəhər 1, 2 və 3 nömrəli tam orta məktəbin IX, X və XI sinif şagirdləri, valideynlər, Təhsil Şöbəsinin nümayəndələri və müəllimlər iştirak edib.
 
Şagirdlərin düzgün ixtisas seçiminə istiqamətləndirilməsi məqsədilə keçirilən maarifləndirici konfransda Məşğulluq Mərkəzinin müdiri Fərman Əhmədov giriş sözü ilə çıxış edərək gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, peşə seçiminə yönəldilməsində valideynlərin əhəmiyyətli rolu olduğunu vurğulayıb.
 
Daha sonra çıxış edən metodkabinet müdiri Məryəm Qarayeva gənclərin meyil və maraqlarının formalaşdırılmasında peşəyönümü işinin əhəmiyyəti barədə danışıb.
 

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

 

Konfransda şagirdlərlə peşə seçiminə aid anket-sorğusu keçirilib və onlara peşəyönümünə dair məlumat kitabçaları, müxtəlif broşüralar paylanılıb.
 
Tədbirdə, həmçinin, valideynlərə və yuxarı sinif şagirdlərinə hazırkı əmək bazarındakı mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbatı haqqında ətraflı məlumat verilib, düzgün peşə seçiminin vacibliyi, iş imkanlarının obyektiv qiymətləndirilməsi və bu imkanlardan səmərəli istifadə etməyin əhəmiyyəti barədə müzakirələr aparılıb.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

 

Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...