Xəbərlər
24 aprel 2017
7 152


Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

 Son günlər sosial şəbəkələrdə müəllimlərin maaşının azlığı ilə bağlı müzakirələr vüsət alıb.


Ən çox müzakirə yaradan mövzulardan biri təhsildə yüksək ixtisaslı müəllimin olmamasıdır. Amma əksər müəllimlər bu fikirlə razı deyil. Məsələn, rayonlardan birində dərs keçən Nigar müəllim hesab edir ki, problem heç də ixtisasla bağlı deyil: "Bu məsələyə ciddi yanaşmaq lazımdır. 12 ildir məktəbdə kimya-biologiya fənnini tədris edirəm. Magisturaturanı fərqlənmə diplomu ilə bitirmişəm. Bütün təlim kurslarını keçmişəm, İKT və kurrikulum proseslərini uğurla yekunlaşdırmışam, diaqnostik qiymətləndirmədən yüksək bal toplamışam. Amma DQ-dən əvvəl 263 manat əmək haqqı alırdım. İndi isə 340-350 manat əmək haqqı alıram. Amma bu prosesləri təkrarlamayan bəzi müəllimlər 400-500 aylıq əmək haqqı alırlar. Sizcə, bu nə dərəcədə ədalətlidir? Regional təhsil idarələri taarifləşmə cədvəllərini nazirliyə düzgün formada təqdim etmirlər”.


A24.az

Məqalə Göndər








Загрузка...