Xəbərlər
19 aprel 2017
2 761


Stolüstü tennis yarışının qalibi Balakən məktəbliləri olub

Stolüstü tennis yarışının qalibi Balakən məktəbliləri olub

 

Aprelin 18-də Balakən Rayon İdman Kompleksində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr edilmiş stolüstü tennis idman növü üzrə yarış təşkil olunub. Yarışa 11 şəhər və rayondan ümumilikdə 66 yeniyetmə qatılıb. Balakən rayonu Mahamalar kənd tam orta məktəbin IV sinif şagirdləri Yusifov Müsənnif və Kahayev Məhəmməd stolüstü tennis idman növündə birinci yerə layiq görülüblər. ikinci yerə Qax, üçüncü yerə isə Oğuz rayonunun komandalarının layiq görüldüyü yarışda qaliblər medal və diplomlarla təltif ediliblər.
 

Stolüstü tennis yarışının qalibi Balakən məktəbliləri olub

 

Qeyd edək ki, kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
 

Stolüstü tennis yarışının qalibi Balakən məktəbliləri olub

 

Aprelin 26-sı başa çatacaq yarışlar 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir.
 
Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...