Xəbərlər
18 aprel 2017
3 367


Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

 

Ölkədə "Sağlam təhsil-sağlam millət” layihəsi tətbiq olunduğu müddətdən monitorinqlər aparılıb, sağlam təhsil texnologiyalarının səmərəlilik  səviyyəsi öyrənilib, problemlər aşkar edilib və müxtəlif həll yolları müzakirə olunub.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Həsən Həsənli "Sağlam Təhsil-Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfransda bildirib.
 
Onu sözlərinə görə, layihə çərçivəsində araşdırmalarla belə qənaətə gəlinib ki, təhsil müəssisəsində gigiyenik tələblər gözlənilərsə, psixoloji, sosial mühit yaradılarsa, uşağın fiziki, psixoloji vəziyyəti nəzərə alınarsa, təhsil keyfiyyəti yüksək olar: "Aparılan monitorinq və araşdırmalar göstərir ki, qamət pozuntusu, görmə ilə bağlı problemlərdə və digər fiziki inkişaf göstəriciləri üzrə artıq tətbiq edilən yanaşmalar uğurlu nəticələr verir. Eyni zamanda psixoloji-sosioloji və təhsil üzrə parametrlərdə də müsbət dinamika müşahidə olunur”.
 
Qeyd olunub ki, hazırda "Sağlam təhsil-sağlam millət” layihəsi Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Təhsil İnstitutunun əməkdaşları və digər mütəxəssislərin birgə fəaliyyəti əsasında həyata keçirilir. Bu layihə tətbiq olunduğu müddətdə monitorinqlər aparılıb, sağlam təhsil texnologiyalarının səmərəlilik  səviyyəsi öyrənilib, problemlər aşkar edilib, müxtəlif həll yolları müzakirə olunub.
Məqalə Göndər








Загрузка...