Xəbərlər
14 aprel 2017
3 566


"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

 

"Hər bir uşağın təhsil almaq hüququ var və bu hüquqdan da bütün kateqoriyadan olan uşaqlar istifadə edə bilərlər. Bəzi lisey və gimnaziyaların isə məktəb yaşına çatmış uşaqları birinci sinfə qəbul zamanı kiçik imtahandan keçirmələri düzgün deyil. İlk olaraq onu nəzərə almaq lazımdır ki, özünə güvənən uşaq əgər ilk imtahandan uğurla keçməsə, liseyə qəbul olunmasa, bu, həmin uşaqlarda özünə güvənin azalması və təhsil alma həvəsinin yox olmasına gətirib çıxara bilər. Belə hal uşağın hətta psixoloji durumuna da təsirsiz ötüşmür”. Aztehsil.com xəbər verir ki, bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi Almaz Həsrət deyib.
 

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

 

Onun sözlərinə görə, diqqət edilərkən görünür ki, yüksək nəticəyə sahib olan kiçik yaşlı uşağın göstəricisi, ilk olaraq həmin uşağın ailə üzvlərinin ona diqqəti və üstündə olan əməklərinin sayəsində qazanılır: "Belə tam hazırlıqlı uşaq onsuzda təhsil aldığı müəssisənin ən nailiyyətli şagirdinə çevrilir. Lisey və gimnaziyalar o zaman mükəmməl təhsil proqramı ilə dərs keçdiklərini örnək olaraq göstərə bilərlər ki, məhz tam xüsusi hazırlığı olmayan hər bir uşağı məktəblərinə qəbul eləsinlər və həmin şagirdlərin nəticələrini yüksəltsinlər. Dərs ilinin sonunda yoxlamalar aparılsın, göstəricilərin analizi açıqlansın. Əgər yüksək nəticəyə malik nailiyyətləri olarsa, demək ki, bu liseylərdə tədris yüksək səviyyədə keçirilir və burada dərs keçən müəllimlərin bilik və bacarıq potensialı lazımi yüksək səviyyədədir. Bu, həmin lisey və ya gimnaziyanın uğuru sayıla bilər”.
 

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

 

Ekspert bildirib ki, məktəb yaşlı uşaqların imtahanla lisey və ya gimnaziyaların birinci sinifinə qəbul edilməsi mexanizmində dəyişiklik edilməlidir: "Uşaqları məktəbə həvəslə ilk gəldiyi vaxtlarda qorxutmaq, həyəcanlandırmaq deyil, mehriban münasibət bəsləməklə onları təhsilə cəlb etmək lazımdır. Birinci sinfə qəbul imtahanla deyil, kiçik müsahibə-tanışlıqla aparılmalıdır. Belə olanda uşaqlar qorxmaz, həyəcanlanmaz, özgüvənləri artar. Bu da mükəmməl bilik və potensiala sahib uşaqların yetişdirilməsi üçün vacibdir. Lisey və gimnaziyalar  xüsusi istedadlı şagird yetişdirmir. İstedadlı uşaq anadangəlmə istedadlı olur. Bu ailədən gələn bir ənənədir. Belə uşaqlar adi məktəblərdə də yüksək nəticələr göstərirlər”.
Məqalə Göndər








Загрузка...