Xəbərlər
13 aprel 2017
2 688


ADU Frankofoniya Universitet Agentliyinin üzvü seçildi

ADU Frankofoniya Universitet Agentliyinin üzvü seçildi

 

Azərbaycan Dillər Universiteti (ADU) dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən və 850-dən çox universiteti birləşdirən genişmiqyaslı Frankofoniya Universitet Agentliyi şəbəkəsinin üzvü seçilib. Bu barədə Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə direktoru Mohamməd Ketatanın ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevə ünvanlanmış məktubunda bildirilir. Azərbaycana səfəri çərçivəsində ona göstərilən xoş münasibətə görə professor Ə.Abdullayevə təşəkkürünü bildirən M.Ketata bu üzvlüyün ADU-ya fransızdilli insanlar üçün bütün maliyyə dəstəyindən yararlanmağa imkan yaratdığını vurğulayıb.
Məqalə Göndər








Загрузка...