Xəbərlər
06 aprel 2017
3 101


Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

 

Aprelin 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edilib.
 
Səfərdə təhsil nazirinin müavini Firudin Qurbanov, ölkəmizin ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə və media nümayəndələri iştirak edib.
 
Səfərin əsas məqsədi Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, torpaqlarımızın geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də iştirakçıları ölkə Prezidentinin sərəncamı ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaq olub.
 
Səfər iştirakçıları Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək, ümummilli liderin büstü önünə gül dəstələri qoyub.
 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

 

Sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edilib.
 
İştirakçılara Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələ Təpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

 

İştirakçılar  Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olublar. Məlumat verilib ki, 150 şagird yerlik məktəbin tikintisinə bu ilin fevral ayında başlanılıb.
 
Səfər iştirakçıları 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsi ilə görüşüb, həmçinin ərazidə ağac əkiblər.
 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

 

Səfər çərçivəsində Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində N saylı hərbi hissənin əsgərləri ilə görüş keçirilib.
 
Daha sonra Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 3 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərlə görüş keçirilib, məktəbdə təhsil alan şəhid övladlarına kitablar hədiyyə olunub.
 
Səfər iştirakçılarına Ermənistanın təcavüzü və işğalı, aprel döyüşləri ilə bağlı məlumatların əks olunduğu bukletlər təqdim olunub.
Sonda xatirə fotoşəkli çəkilib.
 






Загрузка...