Xəbərlər
04 aprel 2017
3 316


Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

 

Rus bölməsi abituriyentləri üçün keçiriləcək Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə "Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, aprelin 9-da keçiriləcək Azərbaycan dili  (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi”ni http://eservices.dim.gov.az/brxvbak/ internet səhifəsinə daxil olaraq çap edib götürməlidirlər.
 
Qeyd edək ki, Aprelin 9-da keçiriləcək ilk imtahanda iştirak etmək istəyən abituriyentlər martın 31-i saat 23:59-dək elektron ərizələrini təsdiq etməli idilər. Beləliklə, 9 aprel tarixində keçirilən imtahanda iştirak etmək üçün martın 31-i saat 23:59-dək 6 150 abituriyent ərizələrini təsdiq edib.
 
Ərizələrini aprelin 1-dən 10-dək təsdiq edən abituriyentlər iyunun 11-də keçirilən imtahanda iştirak edirlər. 
 
"Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə - aprelin 9-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 11-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Məqalə Göndər








Загрузка...