Xəbərlər
04 aprel 2017
2 661


“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib

 

Aprelin 3-də Ağstafa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında ötən ilin 4 günlük aprel müharibəsində Azərbaycan Ordusunun mənfur erməni qəsbkarlarının törətdikləri fitnəkarlığa qarşı əldə etdiyi tarixi qələbənin ildönümünə həsr olunmuş "Rəşadətli Azərbaycan Ordusu" mövzusunda  silsilə tədbirlər keçirilib.
 
Şəhər 1 saylı tam orta məktəbdə "Rəşadətli Azərbaycan Ordusu" mövzusunda tədbir keçirilib. Məktəbin tarix müəllimi İndira Səmədova Azərbaycan silahlı qüvvələrinin göstərdiyi rəşadətdən danışıb. Eyni zamanda şagirdlərə videoçarxlar nümayiş etdirilib. 
 
Şəhər 2 saylı tam orta məktəbdə "Rəşadətli döyüş yolu” mövzusunda tədbir keçirilib. Məktəbin tarix müəllimi Sevda Əliyeva çıxış edərək- "2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bütün bunlara baxmayaraq Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxladı. Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi və Lələ təpə yüksəkliyi Azərbaycanın nəzarətinə keçdi. Bizim güclü ordumuz var. Biz istənilən zaman döyüşə hazırıq” deyə qeyd edib. 
 
Qırılı kənd, Həsənsu kənd,Vurğun qəsəbə, Aşağı Kəsəmən kənd, Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəblərində tarixi qələbənin ildönümünə həsr olunmuş dəyirmi masalar təşkil edilib. 
 
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)






Загрузка...