Xəbərlər
30 mart 2017
3 375


“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib

“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib

 

Təhsil Nazirliyinin və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə aparılan "Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib.
 
Qeyd edək ki, layihəyə martın 17-də start verilib.
 
Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.
 

“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib

 

Zaqatala rayonunda yerləşən Muxax kənd 1nömrəli tam orta, Qandax kənd tam orta və Aşağı Tala 1 və 2 nömrəli tam orta məktəblərdə keçirilən aksiya zamanı bu məktəblərin həyətində 100 ədəd alma, xurma və gavalı ağacı əkilib.
 

“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib

 

Layihə çərçivəsində Azərbaycanın digər rayonlarında da mərhələli şəkildə təşkil ediləcək ağacəkmə aksiyaları aprelin sonuna qədər davam edəcək. Rayonların iqliminə və torpaq örtüyünə uyğun olaraq 40-dan çox məktəbdə 5000-ə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağaclarının əkilməsi planlaşdırılıb.
 
Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...