Xəbərlər
15 mart 2017
2 548


ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

 

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, "Thomson Reuters”-in MDB ölkələri üzrə direktoru Oleq Udkin, Təhsil proqramları üzrə meneceri Valentin Boqorov, Azərbaycan üzrə ekspert Aygün Babazadə və ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Elm və Texnika üzrə prorektor, t.e.d. Rauf Əliyarov iştirak edib.
 
Dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan "Thomson Reuters” təşkilatı ilə universitet arasında əməkdaşlığın geniş müzakirə olunduğu görüşdə Azərbaycanda elmin inkişafı istiqamətində görülən işlərdən danışılıb.
 
ADNSU-nun rektoru, professor M.Babanlı "Thomson Reuters” ilə əməkdaşlığın əhəmiyyətindən söz açaraq, jurnalın ölkədə mühüm elmi nailiyyətlərin əldə edilməsində, Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiya prosesində əhəmiyyətli yer tutduğunu qeyd edib.
 
""Thomson Ruters” jurnalı ilə əməkdaşlıq bizim üçün olduqca vacibdir. Bu cür nüfuzlu elmi jurnallarda ADNSU doktorantlarının məqalələrinin yer alması həm də universitetin uğurudur” –deyə rektor vurğulayıb.
 
Azərbaycanda elmin inkişafından danışan "Thomson Reuters”-in MDB ölkələri üzrə direktoru Oleq Udkin universitetlə əməkdaşlığı genişləndirməsinin və məqalələrin yazılma qayadaları və digər prosedurlarla bağlı treninqlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
 
"İlk növbədə onu qeyd edim ki, elmi potensial baxımından Azərbaycan bizim "incimizdir”. Hazırda Azərbaycan elminin və təhsilinin inkişafı üçün çox böyük işlər görülür. Biz sizin ali təhsil sahəsindəki işlərinizi yüksək qiymətləndiririk və əməkdaşlığımızı daha da gücləndirmək niyyətindəyik” - deyə O.Udkin bildirib.
 
Tədbirdə "Thomson Reuters” tərəfindən ADNSU-nun tədqiqatçı alimləri və doktorantları üçün təlimlərin təşkil edilməsi təklif olunub. İmpakt faktorlu jurnallara elmi tutumlu məqalələrin cəlb edilməsi yolları və dünyanın nüfuzlu elmi jurnallarına məqalələrin dərc olunması üçün tələb olunan şərtlər və məqalələrin yazılması qaydaları haqqında məlumatlar paylaşmaq məqdəsilə universitetdə seminar və treninqlərin təşkil edilməsi nəzərdə tutulub. Daha sonra "Thomson Reuters”in təlim proqramları barədə ətraflı müzakirələr aparılıb.
 
moderator.az
Məqalə Göndər








Загрузка...