Xəbərlər
13 fevral 2017
2 732


Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

 

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub.
Universitetin prezidenti, professor Paul Boyle, strateji əməkdaşlıq üzrə direktor Maykl Qrin və Bakı regional menecerləri UNEC-də tətbiq olunan yeniliklərlə tanış olub, Maliyyə və İnnovativ bankçılıq laboratoriyalarına baxış keçiriblər. Universitetin prezidentinə Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbinin fəaliyyəti haqqında məlumat verilib. Eyni zamanda "Elektron Universitet” modeli və "Differensial əməkhaqqı sistemi” haqqında təqdimat nümayiş etdirilib. Xarici qonaqlar universitetdə mərkəzləşdirilmiş qaydada aparılan test imtahan sistemi ilə də maraqlanıblar.
 

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

 

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti universitetdə tətbiq edilən yenilikləri yüksək qiymətləndiriblər. UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsinin və regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsi olmasının universitetlər arasındakı əməkdaşlıqda mühüm rol oynadığını bildiriblər. Prezident Boyle innovativ ideyalar əsasında fəaliyyət göstərən UNEC-lə dərin və uzunmüddətli strateji tərəfdaş olmaqda maraqlarını ifadə edib.
 

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

 

Görüş zamanı UNEC-lə Lester Universiteti arasında gələcək əməkdaşlıq imkanları, o cümlədən ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi müzakirə edilib.
 

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

 

Radio UNEC-in qonağı olan professor Paul Boyle universitet haqqında təəssüratlarını bölüşüb.
Qeyd edək ki, UNEC-in 3 tələbəsi təhsillərini "Erasmus+” mübadilə proqramı çərçivəsində Lester Universitetində davam etdirirlər.
 

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

 

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
 
istinad moderator.az
Məqalə Göndər








Загрузка...