Xəbərlər
06 fevral 2017
3 355


Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

 

Sumqayıt şəhərində fəaliyyət göstərən Səməd Vurğun adına Mərkəzi Kitabxanada gün ərzində 400-ə yaxın oxucu sorğusu cavablandırılır. Burada oxucuların sayını artırmaq üçün yeni proqramdan da istifadə olunur. Kitabxanada avtomatlaşdırılmış şəbəkə qurulub, elektron kataloq və elektron kitabxana yaradılıb.
 

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

 

Sumqayıt Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) direktoru, Əməkdar Mədəniyyət İşçisi Yeganə Əhmədova AZƏRTAC-a bildirib ki, kitabxanada 6 şöbə fəaliyyət göstərir. Oxucuya lazım olan kitabı tez tapmaq üçün əlifba və sistemli kataloqlar, sistemli və ölkəşünaslıq kartotekaları tərtib edilib. 2009-cu ildə kitabxananın veb-saytı da yaradılıb. Elektron kataloqun bazasında müntəzəm iş aparılır, elektron kitabxanaya dəyərli çap əsərlərinin yüklənməsi davam etdirilir. Kitabxananın zəngin ədəbiyyat fondundan oxucularla yanaşı, virtual istifadəçilər də yararlanırlar.
 

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

 

Burada oxuculara nümunəvi xidmət göstərmək üçün yeni metodlardan da istifadə edilir. Bu barədə danışan Y.Əhmədova deyib ki, fiziki imkanları məhdud uşaqlar üçün evdə xidmət təşkil olunub. Oxucuların sayını çoxaltmaq üçün İRBİS–64 kitabxana proqramı "Alisa” proqramı ilə əvəzlənib.
 

Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə

 

Hər bir internet istifadəçisi kitabxananın veb-səhifəsinə daxil olmaqla, elektron kataloqdan və digər elektron resurslardan istifadə edə bilər.
 
istinad moderator.az
Məqalə Göndər








Загрузка...