Xəbərlər
03 fevral 2017
2 746


UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

 

UNEC-in müəllimlərindən ibarət yeni nümayəndə heyəti Türkiyənin nüfuzlu Uludağ, Sakarya və Süleyman Dəmirəl universitetlərinə ezam olunacaqlar. Aztehsil.com xəbər verir ki, UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi müəllimlərin elmi potensialının artırılması, xarici universitetlərin təcrübəsinin öyrənilməsidir.
 
Səfər zamanı həmin universitetlərin ali təhsil sistemi, tədris edilən ixtisas fənləri, sillabuslar, dərslik, imtahan, laboratoriya və kitabxana sistemi ilə tanışlıq nəzərdə tutulub. UNEC müəllimlərinin türkiyəli həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, xüsusən də elmi tədqiqatların həyata keçirilməsi, birgə elmi məqalələrin yazılması, müvafiq dərsliklərin hazırlanması ilə bağlı müzakirələrin aparılması da proqrama daxil edilib.
 
Nümayəndə heyəti ilə görüşən rektor, professor Ədalət Muradov UNEC-in xarici universitetlərlə əməkdaşlığının daha da genişləndirilməsində belə səfərlərin vacib rol oynadığını vurğulayıb. Ötən tədris ilində universitetin 15 professorunun qonşu ölkənin tanınmış ali məktəblərinə ezam olunduğunu diqqətə çatdıran rektor, gələcəkdə belə səfərlərin dünyanın nüfuzlu universitetlərinə təşkil olunacağını xüsusi qeyd edib.
 
Dekan və kafedra müdirlərinin təmsil olunduğu 18 əməkdaşın Türkiyəyə səfəri fevral ayının 6-dan 10-a kimi nəzərdə tutulub.
 
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
 

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

 

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq


Məqalə Göndər








Загрузка...