Xəbərlər
01 fevral 2017
2 956


ADPU-də “Təhsildə innovasiyalar” mövzusunda təqdimat keçirilib

ADPU-də “Təhsildə innovasiyalar” mövzusunda təqdimat keçirilib

 

Yanvar ayının 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən seminarda Elm və innovasiyalar şöbəsi əməkdaşlarnın "Təhsildə innovasiyalar” mövzusunda təqdimatı dinlənilib. Təqdimatda universitetin Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, prorektorluğun əməkdaşları, Elm və innovasiyalar şöbəsinin mütəxəssisləri iştirak ediblər. Tədbiri giriş sözü ilə professor Asəf Zamanov açıb, sonra şöbə müdiri, dosent Yaşar Hüseynəliyev, baş mütəxəssis Dilguşə Süleymanova, mütəxəssis Vəfa Əhmədova maraqlı çıxışlar ediblər. Qeyd edək ki, təqdimat interaktiv qaydada, mövzu ətrafında diskussiya və maraqlı fikir mübadiləsi şəraitində həyata keçirilib. Müasir təlim texnologiyalarının tədrisdə tətbiqini əks etdirən yeni üsulların-10 il əvvəl, Pleysmat (Altlıq) kimi modellərin əyani tətbiqi seminarın məzmununu ahəngdar edib. İştirakçılar "Bir söz” metodu ilə seminarı dəyərləndiriblər.
Tədbirin sonunda innovasiyaların təbliği məsələlərinə dair maraqlı təkliflər irəli sürülüb.
Məqalə Göndər








Загрузка...