Xəbərlər
30 yanvar 2017
2 843


Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir. Aztehsil.com-un apa-ya istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən UNEC-in rektoru Ədalət Muradov bildirib ki, mövcud dövrün çağırışlarına cavab vermək üçün təhsil sahəsində, xüsusilə iqtisadiyyat sahəsində mühüm addımlar atılmalıdır. Onun sözlərinə görə, ali məktəblər cəmiyyətin bütün sahələri ilə sıx əlaqələr qurmalı, tələbələrin biliklərinin dövrün tələblərinə cavab verməsi üçün bəzi ixtisaslarda dəyişikliklər edilməlidir. Azərbaycan təhsilinin elmlə inteqrasiyası genişləndirilməli, iqtisadi tələbələrə cavab verməlidir.
 

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

 

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son 25 ildə Azərbaycan sürətli inkişaf yolu keçib və hazırkı dövr ölkənin inkişafının yeni bir mərhələsidir: "Mövcud iqtisadiyyatda baş verən proseslərə və xüsusiyyətlərə diqqət yetirməliyik. Ali təhsil sisteminin iqtisadiyyat, sənaye, elm müəssisələri ilə daimi bağlantısı olmalıdır”.
 
Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, bu gün cəmiyyət mövcud resursların yalnız 1/3-dən istifadə edir. Onun sözlərinə görə, təhsil, elm, texnologiya sahəsində digər resurslar yenidən kəşf olunmalıdır: "Təhsilin qarşısında duran məsələ, təbii resursların daha dərindən araşdırılması, öyrənilməsi, cəmiyyətdə istifadə edilməsindən ibarətdir. Bu sahədə təhsilin rolu vacibdir”.
 
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) nümayəndəsi Qulam İsakzai bu sahədə Azərbaycan hökuməti ilə görülən birgə işlərdən danışıb.
 

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, bu gün Azərbaycan bilik iqtisadiyyatı, yeni iqtisadi model formalaşıb. Onun sözlərinə görə, nəticədə təhsilin inkişaf hədəfləri və prioritetləri müəyyən edilib.

 
Qeyd edək ki, iki gün davam edəcək konfransda "Təhsil və sosial-iqtisadi inkişaf”, "Təhsil sektorunun inkişafı: qlobal meyllər, mütərəqqi təcrübələr və islahatlar”, "Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzusunda panellər üzrə yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.

Məqalə Göndər








Загрузка...