Xəbərlər
22 yanvar 2017
3 202


“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

 

Xüsusilə son günlər testlə bağlı müzakirələr səngimək bilmir, bir-birindən fərqli və hətta ittiham xarakterli fikirlər səsləndirilir. Bu da təbii qəbul edilməlidir, təhsilimizin problemlərinə diqqət və marağın göstəricisidir. Bununla belə test tərəfdarları və əleyhdarları bir məqamı nəzərə almalıdır ki, insan təkcə çörəklə qidalanmayıb, meyvə və tərəvəz, ət və süd məhsulları qəbul etdiyi kimi, imtahan prosesi də yeknəsək mexanizmdən ibarət ola bilməz. Test mütərəqqi bir üsul kimi bilik və bacarıqların üzə çıxarılması və qiymətləndirilməsində zaman-zaman təkmilləşməyə və yeniləşməyə məruz qala bilər, ancaq onun qeyd-şərtsiz ləğv edilməsi bu günümüz üçün o qədər də real görünmür.
 

“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

 

Testlə yanaşı yeri gəldikcə, digər metod və texnologiyaların tətbiqinə də yer ayırmaq, canlı ünsiyyətə önəm verməklə inam və güvən meyllərini formalaşdırmaq, qarşılıqlı anlaşma streotiplərini inkişaf etdirmək baxımından faydalı ola bilər. Deyək ki, riyaziyyat fənnindən imtahanlar üçün test məqbul sayılsa belə, konkret ixtisaslar var ki, onlar yazı qabiliyyəti və nitq mədəniyyətinin üzə çıxarılmasını tələb edir. Digər tərəfdən biz biliklərə qiymət verərkən heç şübhəsiz ki, ədalət, həqiqət, mərhəmət, xeyirxahlıq, azadlıq, bərabərlik, düzlük, doğruçuluq kimi prinsiplərı, vətənə sevgi, yaşadığın torpağa bağlılıq kimi dəyərləri də üzə çıxarmalıyıq. Bütün bu kimi keyfiyyətləri üzə çıxarmaq və qiymətləndirmək isə razılaşaq ki, testin imkanları daxilində deyil. Bunun üçün danışıq, izah, münasibət bildirmək, mövqe sərgiləmək kimi keyfiyyətlərin biruzə verilməsi tələb edilir. "Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam.

 

aztehsil.com

Məqalə Göndər








Загрузка...