Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib
Aztehsil.com palitranews-ə istinadən xəbər verir ki, yanvar ayının 18-də Tokyonun Maçida şəhərində yerləşən məktəbdə Azərbaycanla bağlı növbəti seminar təşkil edilib. Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov Azərbaycanın tarixi, siyasi-iqtisadi həyatı, təbii sərvətləri, qədim mədəniyyəti haqqında çıxışlar edib. Ə. Məmmədov həmçinin bu günlərdə Bakı şəhəri Xətai rayonunda yerləşən Yapon bağında təşkil edilmiş "Gündoğar ölkə” adlı açıq dərs haqqında geniş məlumat verib. O qeyd edib ki, açıq dərsin ideya müəllifi və təşkilatçısı "Tərəqqi” medalına layiq görülmüş, "İlin Müəllimi”, "Qabaqcıl Təhsil İşçisi” Güntəkin Məmmədova 147 saylı texniki-humanitar liseyin şagirdlərinə Yaponiya tarixi ilə bağlı dərs deyib.
Açıq dərs zamanı Güntəkin müəllim qeyd etmişdir ki, biz Yaponiya tarixini keçən ilə kimi Meyçi dövründən başlayaraq öyrənirdik. Son dövrlərdə isə Yaponiya-Azərbaycan arasında genişlənməkdə olan siyasi, iqtisadi, mədəni əlaqələr dərsliklərimizə də sirayət etmiş və Yaponiya tarixinə diqqət daha da artıb.
Güntəkin Məmmədova dərsin gedişində onu da bildirmişdir ki, Yaponiya incəsənətinin əsas prinsiplərini özündə əks etdirən və kökü çox qədim ənənələrə buddizmə, sintozimə gedib çixan mədəniyyət sahələrindən biri də bağ-parkçılıq sənətidir. Qədim zamanlardan təbiətə sitayiş, etiqad, səcdə yaponlarin təbiətə bir varliq kimi yanaşmasını təmin etmişdir. Yaponlar uca dağlara, ecazkar daşlara, qədim ağaclara, su hövzələrinə, şəlalələrə etiqad edirdilər. İlk belə süni yapon bağlarının salınması Vl-Vll əsrlərə aiddir.
Ə. Məmmədov Azərbaycanda keçirilən bu tipli dərslərin, seminarların təşkilinin Yaponiyanın təbliğatına, ölkədə daha da tanıdılmasına töhvələr verəcəyini vurğulayıb.
Yaponiyalı məktəblilər tərəfindən böyük maraqla qarşılanan açıq dərs mövzusu ətrafında kifayət qədər sual və şərhlər edilib. Xüsusilə Azərbaycanda Yaponiya ilə bağlı bu qədər dərin və maraqlı dərslərin keçirilməsi, azərbaycanlıların Yaponiya sevgisi, eyni zamanda Bakı şəhərində Yapon bağının olması şagirdlərdə rəğbətlə qarşılanıb. Sonda açıq dərsə aid bir neçə şəkil və sənədlər nümayiş edilib.
Qeyd edək ki, Maçida şəhərində yerləşən məktəbdə təşkil edilmiş bu dəfə ki, seminarlarda Azərbaycanla yanaşı, Avstriya, İsveç, Avstraliya, Çin, Cənubi Koreya, Kambociya və Özbəkistandan olan təmsilçilər də öz dövlətləri haqqında yaponiyalı şagirdlərə məlumatlar veriblər.
Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.
Açıq dərsi necə təşkil etmək lazımdır?
Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib
Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib
Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib
18 oktyabr Müstəqillik Günü Ağstafa şəhər 1 saylı məktəbdə qeyd edilib
Ağstafa rayonunda kənd məktəblərində açıq dərslər təşkil olunur
Pedaqogika elminin yaranması və ilk yazı haqqında
Ağstafa rayonunda “Yaşadığımız diyarın dərman bitkiləri” adlı layihə dərs keçirilib.
Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var
Ağstafa - Hikmət Ziyanın “Qarabağda şeirində təsvir və ifadə vasitələri” mövzusunda açıq dərs keçirilib
Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur
Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?
Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.
Qax rayonunda məktəbəhazırlıq qruplarının müəllimləri ilə seminar keçirilib
Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib
181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...
2 saylı tam orta məktəbdə “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilib.
Səfəvi dövlətinin İrana aid olması haqqında mənbələr ağ yalandır
Ağstafa rayon Həsənsu kənd orta məktəbində 20 yanvarla bağlı tədbir keçirilib
Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.
Məktəbdə metodiki işə rəhbərlik və nəzarət
Çin, Hindistanda tərbiyə və təhsil