Kurikulum
03 iyul 2016
15 199


Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Ənənəvi pedaqoji prosesi təsvir edəndə biz ilk növbədə lövğənin qarşısında duran müəllimi və onun sakit dinləyiciləri olan şagirdləri görürük. Bu zaman müəllim çalışır bilikləri çatdırsın, şərh etsin və misallar gətirsin, şagirdlər isə bu məlumatları passiv şəkildə mənimsəyirlər. Sonra bilikləri yaddaşda möhkəmləndirmək üçün şagirdlər bunları təkrarlama və ya məsələlərin həlli prosesində tətbiq edirlər. Yəni, ənənəvi dərsdə şagirdlər məlumatları yalnız yadda saxlayır və nəticələri özü çıxarmır, necə deyərlər, biliyi hazır şəkildə alır. Öyrədici fəaliyyət ilk növbədə müəllimin fəallığı əsasında həyata keçirilir. Ənənəvi təlimin bu xüsuiyyətinə görə onu izahedici-illüstrativ təlim kimi adlandırırlar. Bunu aşağıdakı sxem əsasında təsvir etmək olar. 
Hamıya məlum olduğu kimi məlumatlar o zaman bilik kimi çıxış edir ki, onlar real həyatda tətbiq edilməsi üçün dərk olunub. Şagirdin cavabına qoyulan tələblərin əsasını əslində biliklərin mənimsənilməsinin yoxlanılması yox, verilən məlumatların yadda saxlanılması təşkil edir. Eyni zamanda ənənəvi təlim prosesində biliklərin praktiki tətbiqini təsəvvür etmək üçün şagirdə müvafiq imkanlar yaradılmır. Dərsin məzmunu adətən çox nəzəri öyrənilir və həyatın tələbatlarına uyğunlaşdırılmır. Şagirdin şəxsi təcrübəsi, onun tələbatları, maraqları, qabiliyyətləri və fərdi xüsusiyyətləri nəzərə alınmır. Bu cür prosesin nəticəsində heç kim əmin ola bilməz ki, bütün şagirdlər bu bilikləri lazımi səviyyədə dərk edəcək. Şagirdin hazır biliklərin mənimsənilməsi nəyin ki, təfəkkürün inkişafı üçün stimul yaratmır, eyni zamanda idrak prosesini kütləşdirir, yaradıcılıqdan, sərbəstlik, müstəqillik, təşəbbüskarlıq kimi keyfiyyətlərdən məhrum edir. Bunun nəticəsi olaraq təlimin səmərəliliyi azalır, çünki onun keyfiyyəti şagirdin əqli qabiliyyətlərin və hafizənin inkişaf səviyyəsi, idrak motivasiyasının olub/olmaması kimi psixoloji amillərdən birbaşa asılı olur. 
Deməli, ənənəvi təlim üsulunun tətbiqi zamanı şagirdlərin dərketmə fəallığı passiv, reproduktiv (təkraredici) xarakter daşıyır. Yəgin siz də razılaşarsız ki, yalnız informasiyaların toplanmasına və yaddaşın məşq etdirilməsinə yönəlmiş, həyatın real tələbatlarından kənar olan təhsil şəraitində yuxarıda göstərdiyimiz müasir dövrün şəxsiyyətin formalaşdırılması qeyri mümkündür. 
Ənənəvi təlim sisteminin ən mürəkkəb problemlərindən biri istifadə olunan pedaqoji texnologiyaların konservatizmi, qeyri-çevik olmasıdır. Müasir informasiya – kommunikasiya dövründə təhsilin əsas problemi belə bir faktla şərtlənir ki, elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxem və prinsipləri əsasında bunları həm çatdırmaq, həm də mənimsəmək əslində qeyri-mümkün işə çevrilir. Əgər qabaq bilikləri əldə etmək üçün şagirdi iki əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə bu gün onlar çoxsaylı məlumat mənbələri ilə müqayisədə uduzur. Bu səbəbdən müasir təlimin başlıca vəzifələrdən biri öyrənməyi oyrətməkdir, yəni şagirdləri biliklərin müstəqil əldə edilməsinə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük səmərə verə bilər. Eyni zamanda şəxsiyyətyönülü tədris prosesi həmçinin tərbiyəvi proseslərin keyfiyyətinə də təsir edəcək: idrakı və sosial fəallığı, şəxsiyyətin dəyərləri və vərdişləri formalaşdıracaq. 
Bu tələbləri nəzərə almaqla məhz məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən fəal/interaktiv təlim texnologiyalarına üstünlük verilməsi tamamilə təbiidir.
biaz.ucoz.net
Məqalə Göndər








Загрузка...