Kitabxanaçı
03 iyul 2016
28 355


KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

 

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

 

Hər hansı bir mədəniyyət formasını inkişaf etdirmək zaman və zəhmət tələb edir, oxumaq mədəniyyəti bunun bir hissəsidir. Türkiyəli yazar Murat Menteş deyir: ’’Hər fel bizə bir bir şey öyrədir. Yerimək məsafə haqqında bizə bir fikir verir, məsafə duyğumuzu inkişaf etdirir. Və yaxud mənzərə seyr etmək bizə bir şey qatar . Oxumaq da bizə bir çox şey öyrədir. Oxumağın dəyəri onun bizə bir çox şeyi bir arada qavradan proses olmasındadır. Xatırlamaq duyğusunu misal göstərə bilərik, məsələn, 23 - cü səhifədə oxuduğumuz şeyin 273-cü səhifə ilə bir bağlantısı olması gözləni-lir, oxuduqca xatırlama qabiliyyətimiz güclənir. Oxumaq həmçinin zehni hərəkətə keçirir. Oxumaq bizə vəfa duy-ğusu haqqında fikir verir.Tutaq ki, 3 ay əvvəl bir kitaba başladıq, bu gün biz ona geri dönürük. Bir şeyə geri dön-mə , kənarda buraxmama , vaz keçməmə kimi hislərə sövq edir bizi. Oxumağın çox ayırıcı, yüksəldici tərəfləri vardır. İnsanlara bunu qavratmaq lazımdır. Kitablardan öyrəndiyimiz nəyisə unutmarıq, oxuyaraq öyrənmək izlə-yərək öyrənməkdən çox fərqlidir, bir şeyi oxuyaraq izlədiyimizdə içimizdə dərin hiss buraxır. Yerinə başqa heç bir şey qoyula bilməyəcək bir varlıqdır kitab. Kitab rəngi, səhifələri, qoxusu ilə çox özəl, dəyərli bir kombinasiyadır’’. 
Kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rola malikdir. Kitabların insanlara verdiyi töhfələr onun satış qiymətindən qat-qat üstündür. Kitab oxuma insanlar arasında əlaqəni gücləndirir. Həm yazı-oxunu bildiyimiz, həm də daha çox qaynaq oxuduğumuz zaman danışacağımız, anlaşacağımız mövzular artacaqddır. Oxumanın insana qazandırdıqlarından biri də estetik bilgidir. Ədəbiyyatın gözəlliklərini və zənginliklərini görən biri dünyaya estetik gözlə baxacaqdır. Yaşamı daha da gözəlləşəcək və dünyanı bağçası kimi görəcəkdir. Kitab oxumaq bizim söz ehtiyatımızı artırır. Daha çox kəlmə öyrənərək insan daha gözəl danışır, demək istədiklərini, duyğularını daha yaxşı ifadə edir. Həmçinin nitq qabiliyyətini formalaşdırır, gözəl nitq qabiliyyəti olan insan daha çox diqqəti cəlb edir və auditoriyanı daha yaxşı ələ ala bilir. Kitab oxumaqla dünyanın hər nöqtəsinə, hətta keçmişə, gələcəyə belə səyahət edə bilərik. Özümüzü 100 il öncəyə səyahət edərkən görə bilərik . Bir çox insan " Bir kitab oxudum həyatım dəyişdi və ya mənə çox təsir etdi " deyə bilir , elə bütün bunlar kitabın insan həyatındakı rolunu ifadə etməyə kifayət edir. Oxumaq həm də beynin gimnastikasıdır. Məsələn, bir roman oxuyuruq, burada yazıçı tərəfindən təsvir olunan obrazları, mühiti və s. öz beynimizdə canlandırırıq. Bu baxımdan kitab oxumaq filmə baxmaqdan da fərqlənir, kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur. Film rejissor tərəfindən çəkilirsə, kitab oxuyarkən bu iş oxucuya həvalə olunur. Kitablar zənginlikdir. Evində kitab rəfi olan insan ən zəngin insandır. Onları heç bir bahalı aksessuar əvəz edə bilməz. Hətta ekspertlərin fikrincə müxtəlif çay evləri, restoranlarda kitabların cəm olduğu rəf və ya bölmələrin olması da insanlar üçün faydalıdır. Mütaliə elə bir prosesdir ki, bir neçə kitab oxuyandan sonra yeni kitablara ehtiyac duyursan: "Oxuma uzun bir səyahətdir beşiklə başlar məzarla bitər’’. 
"Mütəxəssislərə görə kitab oxumaq yaddaşı qüvvətləndirərək Alzhemier risqini ciddi nisbətdə aşağı salır”. Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə oxucular daha çox elektron kitablara üstünlük verirlər. Belə kitabları çap etmək, elektron poçt vasitəsilə yaxınlara göndərmək olar. Təcrübələr göstərir ki, kitabla canlı təmasda olmaq həm gözlərimiz, həm də zehnimiz üçün komputer ekranından daha xoş və rahatdır. Kitab oxumaq televizor izləməkdən də çox-çox fərqlidir. Belə bir deyim də vardır ki, " Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcək”. Psixoloqlar hesab edirlər ki, kitab oxuma vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşaqlara tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edir ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir. "Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi içində qısa maraqlı hekayələri olan kiçik kitablar alın çünki onlar məhz belə kitabları sevir”.
"Ağıllı olmaq üçn 10 kitab oxumaq kifayət edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır”.

Sevinc ABDULXALIKOVA  BDU-nun Filologiya fakültəsinin  3-cü kurs, 048-ci qrup tələbəsi.
zim.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

"HƏDƏF" nəşriyyatı şagirdlər üçün "YAY TƏTİLİ TAPŞIRIQLARI"nı satışa buraxdı-VİDEO

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Məktəblilər üçün əxlaq və davranışa aid 41 qızıl qayda

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Zamanın tələbi: “Həmkara dəstək”

Zamanın tələbi: “Həmkara dəstək”

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün  gərəkli vəsait PYTHON

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün gərəkli vəsait PYTHON

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Nəzakət və gözəl dav­ra­nış göz­ləyirsinizsə ?...

Nəzakət və gözəl dav­ra­nış göz­ləyirsinizsə ?...

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Çin, Hindistanda tərbiyə və təhsil

Çin, Hindistanda tərbiyə və təhsil