H/N sənədlər
05 iyul 2016
14 129


Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

 

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.03.2016-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi
                                         QAYDALARI
1. Ümumi müddəalar
1.1."Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” (bundan sonra - Qaydalar) "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması haqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.10.2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14.04.2010-cu il tarixli 67 nömrəli, "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli 215 nömrəli, "Mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24.11.2011-ci il tarixli 191 nömrəli qərarlarına, Təhsil Nazirliyinin "Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” 26.01.1999-cu il tarixli 59 nömrəli əmrinə uyğun olaraq hazırlanmışdır.
1.2.Bu Qaydalar Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblərində, ümumtəhsil internat məktəblərində və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylərdə) və peşə liseylərində (bundan sonra - müəssisə) müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedaqoji işçilərin işə qəbulunu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsili idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir.
1.3.Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Həmin kateqoriyadan olan şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmırlar.
1.4.İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik və bu Qaydalar əsasında baxılır.
2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi
2.1.Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli 215 nömrəli qərarına və "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin
aparılması haqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.10.2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara uyğun aparılmaqla vakant yerlər müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir.
2.2.Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 36 saatdan çox olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda
həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
2.3.Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi,attesta-siyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və
cəmiyyətdə nüfuza malik olması)və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənil-məklə tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.Yuxarıda qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol
verilmir.
2.4.Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.
2.5.Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimin dərs yükü müəssisədə çalışan müəllimlər arasında bölüşdürülməsi mümkün olmadığı halda, həmin müəssisəyə müddətli əmək müqaviləsi ilə işə götürülən işçiyə verilir və tarifləşmə cədvəlində qeyd edilir. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi hər tədris ilinin sonunda və ya sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gündən ləğv edilir.
2.6.Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə yol verilir.
2.7.İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda,informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.
2.8.Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir.Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.
3. Müəllimlərin yerdəyişməsi
3.1.Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən)başqa rayona (şəhərə) yerdəyişməsi Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir.
3.2.Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon(şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
3.3.Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin Nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəssisə rəhbərinin təqdimatı əsasında Nazirlik tərəfindən müsahibə yolu ilə həyata keçirilir.
3.4.İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə dəyişdirilməsi Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.
3.5.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli Qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Xüsusi hallarda məsələyə təsdiqedici sənədlərin surəti təqdim olunmaqla fərdi qaydada Nazirlik tərəfindən baxılır. Həvəsləndirmə tədbirləri şamil olunan müəllimlərin iş yeri öz istəyi əsasında dəyişdirildikdə, onlara əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin tətbiqi dayandırılır.
3.6.Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən hərbi qulluqçuların arvadlarının(ərlərinin) iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi məsələsinə müvafiq vakansiya olduğu təqdirdə təsdiqedici sənədlər təqdim edilməklə Təhsil Nazirliyi tərəfindən müsahibə yolu ilə həyata keçirilir.
4. Müəllimlərin işə qəbulu
4.1.Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə, xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) və peşə
liseylərinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir.
4.2.Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsilini başa vurmamış, həmçinin qeyri-pedaqoji təhsilli və xaricdə təhsil alaraq təhsil sənədi Nazirlik tərəfindən tanınmamış şəxslərin müəssisələrə müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir.
 
4.3.Ümumtəhsil məktəblərinin tədris planında "İctimai fənlər” bölməsində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı,əvəzçilik qaydasında və ya müddətli əmək müqaviləsi ilə işə qəbulu qadağandır.
4.4.Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdənkənar məşğələlər, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir.
4.5.Müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər yalnız müsabiqədən keçdiyi ixtisas üzrə dərs apara bilərlər. Müəssisələrə işə qəbul olunan müəllimlərin ikinci ixtisas üzrə dərs aparmaları üçün onların həmin ixtisasdan da mərkəzləşdirilmiş müsabiqədə iştirak etməsi
tələb olunur.
4.6.Müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı
qaydasında) müəllimlərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə
müəssisə rəhbəri tərəfindən həyata keçirilir. İşə qəbul zamanı üstünlük mərkəzləşdirilmiş
müsabiqədən keçid balı toplayan namizədlərə verilir.
4.7.Müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar,
lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq
birliyi təşkilatı rəhbərləri, mühəndis-teхniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri
və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının
müəyyən etdiyi qaydada həyata keçirilir.
4.8.Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə
işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan
yerli idarəetmə orqanları və tabelik üzrə təhsili idarəetmə orqanı ilə razılaşdırılmaqla
müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
4.9.Azərbaycan Respublikasının ərazisində yerləşən dövlət təhsil müəssisələrində
ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3
ildən az müddətə işdən ayrılmış şəxslərin işə qəbulu Nazirlik tərəfindən müsahibə yolu ilə
həyata keçirilir.
5. Müsabiqənin keçirilməsi
5.1.Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin
qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
5.2.İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji
ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər,
eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.
6
5.3.Müsabiqənin birinci mərhələsində (elektron ərizədəki göstəricilərin
qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında
məlumatlar yoxlanılır. Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə görə ərizəçi
məsuliyyət daşıyır.
5.4.Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə
ümumtəhsil məktəblərinin fənn proqramının məzmununa, metodika və təlim strategiyalarına,
məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı
Nazirlik tərəfindən müəyyənləşdirilir.
5.5.Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanı
nəticəsində zəruri keçid balını toplamış namizədlər vakant yerləri seçirlər. Namizədlər dörd
yer seçə bilərlər. Vakant yerlərin seçimi üçün nəzərdə tutulmuş tarix başa çatdıqdan sonra
test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim
ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda
eyni bal toplamış namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər
araşdırılmaqla müvafiq qərar qəbul edilir.
5.6.Müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə
əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji
hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya
tərəfindən yoxlanılır. Müsahibəyə çağrılan namizədlərə ixtisaslarına uyğun mövzu verilir.
Namizədlər həmin mövzunu müsahibə komissiyasına açıq dərs formatında təqdim edirlər.
5.7.Müsahibəyə çağrılan namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona
əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair
şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və
elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial
qaydada təsdiq olunmuş surəti) müsabiqə komissiyasına təqdim etməlidirlər.
5.8.Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları
düzgün doldurmadığı müəyyən edilərsə onun nəticələri ləğv edilir.
5.9.Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak
etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
5.10.İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan yerlər
üçün əlavə yerləşdirmə keçirilir. Əlavə yerləşdirmədə yalnız keçid balı toplayaraq işə qəbul
oluna bilməyən namizədlər, yenidən dörd vakant yer seçərək müsabiqədə iştirak edə bilərlər.
Vakant yerlərin seçimi üçün nəzərdə tutulmuş tarix başa çatdıqdan sonra test imtahanının
nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı
gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal 
7
toplamış namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər araşdırılmaqla
müvafiq qərar qəbul edir.
5.11.İşə qəbul üzrə müsabiqədə keçid balı toplayaraq vakant yer tutmuş hər hansı bir
namizəd öz yerindən imtina etdiyi halda, onun əlavə yerləşdirmədə iştirakı təmin olunmur.
5.12.Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə
müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
5.13.Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan
müəllimlərin siyahısı Nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar müşayiətedici
məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına, Nazirliyin birbaşa tabeliyində olan
müəssisələrə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim
arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir.
6. Qaydaların pozulmasına görə məsuliyyət
Müəllimlərin işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş
sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin
rəhbərləri, habelə müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq
məsuliyyət daşıyırlar
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

Peşə məktəbləri ilə bağlı 4 SUAL- 4 CAVAB

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə