H/N sənədlər
15 mart 2017
18 990


DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

 Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri


"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulmuşdur.
 

Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib, yerləşdirilməsi məqsədilə, "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.37-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiq edilsin:
               
Müsabiqə komissiyası
Komissiyanın sədri:
Mətin Eynullayev             Nazir müavini
 
Komissiyanın üzvləri:
Fərzəli Qədirov                Aparat rəhbərinin müavini
Kənan Quliyev                 Daxili nəzarət şöbəsinin müdiri 
Aydın Əhmədov                Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri
Eşqi Bağırov                    İnsan resursları şöbəsinin müdir əvəzi
 
Apelyasiya komissiyası
Komissiyanın sədri:
Firudin Qurbanov             Nazir müavini
 
Komissiyanın üzvləri:
Sübhi Kazımov                Hüquq şöbəsinin müdiri
Elnur Əliyev                   İnformasiya şöbəsinin müdiri
 
3. Yerli təhsili idarəetmə orqanları:

3.1. bu əmrin və Qaydaların ümumi təhsil müəssisələrinə çatdırılmasını, pedaqoji heyət arasında Qaydalarla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təmin etsinlər;

3.2. direktor vəzifəsi vakant olan təhsil müəssisələrinin siyahısını hazırlasınlar və bir həftə müddətinə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə təqdim etsinlər (əlaqələndirici şəxs baş məsləhətçi Zöhrab Kəlbəliyev (əlaqə: 599-11-55 (5210)).

4. İnsan resursları şöbəsi (E.Bağırov):

4.1. müsabiqənin keçirilməsi üçün test tapşırıqlarının və müsahibə materiallarının hazırlanması və onların məxfiliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

4.2. müsabiqənin 2017-ci ilin mart-avqust aylarında Qaydalara uyğun təşkili və keçirilməsini təmin etsin.

5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin və Qaydaların yerli təhsili idarəetmə orqanlarına göndərilməsini, Nazirliyin internet saytında yerləşdirilməsini, müsabiqə və onun nəticələri ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasını təmin etsin.

6. "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydaları”ın təsdiq edilməsi barədə Təhsil Nazirliyinin 11.03.2016-ci il tarixli 143 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

7. Əmrin icrasına nəzarət nazir müavini M.Eynullayevə həvalə olunsun.
Əsas: Nazir müavini M.Eynullayevin xidməti məlumatı.
 
Mikayıl CABBAROV,   Azərbaycan Respublikasının təhsil naziri  3 mart 2017-ci il   №126

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  03.03.2017-ci il  tarixli 126 nömrəli əmri ilə  təsdiq edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul
                                                 
 
QAYDALARI

1.Ümumi müddəalar

1.1."Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların iş yerinin dəyişdirilməsi Qaydaları” "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 19.01.2015-ci il tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”yə və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq hazırlanmışdır.

1.2.Bu Qaydalar Təhsil Nazirliyi (bundan sonra-Nazirlik) sisteminə daxil olan ümumi təhsil müəssisələrində (bundan sonra - müəssisə) direktorların işə qəbulu və iş yerinin dəyişdirilməsini, çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərini tənzimləyir, bu sahədə təhsili idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini müəyyən edir.

1.3.Müəssisələrin direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi, direktorların iş yerinin dəyişdirilməsi və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar Nazirlikdə müsabiqə, müsahibə və apelyasiya komissiyaları yaradılır.

1.4.Bu Qaydalar Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara, internat tipli təhsil müəssisələrinə, Bakı şəhərinin ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluna şamil edilmir.

2.Müsabiqədə iştirak üçün tələblər

2.1.Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilə və azı 5 il pedaqoji staja malik (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

2.2.Yol  verdikləri  nöqsanlara  görə  direktor  (direktor  müavini)  vəzifəsindən   azad olunmuş, məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji    fəaliyyət  göstərməsi qadağan olunan şəxslər direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzlər.

3.Müsabiqənin təşkili

3.1.Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət müsabiqə yolu ilə həyata keçirilir.

3.2.Müəssisələrdə mövcud olan vakansiyalar rayon (şəhər) təhsil şöbələri (idarələri) və Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən müəyyənləşdirilir, birgə təsdiq edilir və Nazirliyə təqdim olunur. Vakansiyalar müəssisənin ünvanı, müəllim sayı, sinif komplektlərinin sayı, müəssisənin rayon mərkəzindən olan məsafəsi və digər məlumatlar qeyd edilməklə yerli təhsili idarəetmə orqanları tərəfindən elektron sistemə daxil edilir və Nazirlik tərəfindən təsdiq edildikdən sonra müsabiqə üçün elan edilir.

3.3.Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir. Namizədlərə 4 vakant yer (hazırda işlədiyi müəssisənin yerləşdiyi rayon (şəhər) və ya faktiki yaşadığı rayon (şəhər) üzrə) seçmək imkanı verilir. Şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və məhdudlaşdırıcı hallar (təhsil sənədlərinin dövlət nümunəli olmaması, məhkumluğun olması, pedaqoji fəaliyyət göstərməsinin qadağan olunması və digər hallar) Nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir.

3.4.Elektron ərizəsi təsdiq olunmuş namizədlərin siyahısı rəy bildirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilir və müəyyənləşdirilmiş forma üzrə rəylər Nazirliyin müsabiqə komissiyasına təqdim edilir. Komissiya tərəfindən rəylər nəzərdən keçirilərək namizədlərin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir.

3.5.Müsabiqənin ikinci mərhələsi imtahan mərhələsidir. İmtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir. Nəticə imtahanın sonunda namizədlərə bildirilir.

3.6.İmtahanda test sualları ilə yanaşı iştirakçılardan konkret bir mövzu üzrə 200-250 sözdən ibarət kompüterdə esse yazmaq tələb olunur. Esse mövzuları Nazirliyin müsabiqə komissiyası tərəfindən müəyyənləşdirilir. Esse verilən mövzuya uyğunluğu, Azərbaycan ədəbi dilinin orfoqrafik qaydalarına riayət edilməsi, yazının strukturu, əsas ideya və onun təsviri, rəsmi yazı üslubundan düzgün istifadə, lüğət tərkibi, məntiqi əlaqə meyarları əsasında ekspertlər tərəfindən 20 ballıq şkala üzrə qiymətləndirilir.

3.7.Müsabiqənin üçüncü mərhələsi müsahibə mərhələsidir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər),  xaricdə  təhsil  alanlar  diplomla  yanaşı  təhsil  sənədlərinin  tanınmasına   dair
 
şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsabiqə komissiyasına təqdim edirlər.

3.8.Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq qiymətləndirilir.
3.9.Test tapşırıqları, esse və müsahibənin nəticəsinə görə keçid balı ayrı-ayrılıqda Nazirlik tərəfindən müəyyənləşdirilir.

3.10.Müsabiqənin imtahan və müsahibə mərhələlərinin nəticələri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə namizədlərin seçdikləri vakant yerlərə yerləşdirilməsi həyata keçirilir.

3.11.Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir.

3.12.Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədə göstərdiyi məlumatlarla təsdiqedici sənədlər arasında uyğunsuzluq aşkar edildiyi halda, onun nəticələri ləğv edilir.

3.13.Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.

3.14.Test imtahanı və müsahibə mərhələsində keçid balını toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr siyahısına daxil edilir. Ehtiyat kadrlar 2 il müddətinə siyahıda saxlanılır və həmin müddətdə yaranan vakansiyalar (işlədiyi və ya yaşadığı rayon (şəhər) üzrə) onlara təklif olunur.

3.15.Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

4.Direktorların iş yerinin dəyişdirilməsi və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi

4.1. Ümumi təhsil müəssisələrinin direktorlarının iş yerinin eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) dəyişdirilməsi üçün yerli təhsili idarəetmə orqanı Təhsil Nazirliyinə təqdimat göndərir. Nazirlik tərəfindən bu Qaydaların 4.4-cü bəndi ilə müəyyənləşdirilmiş tələblər gözlənilməklə və Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin rəyi öyrənilməklə müvafiq qərar qəbul edilir.

4.2. Çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə  təqdimat  göndərilir.  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinin 10-1-ci
maddəsinin və bu Qaydaların 4.4-cü bəndinin tələbləri gözlənilməklə,  habelə  müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəyi öyrənilməklə direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Müsbət qərar qəbul edildikdə müqavilə müddəti Nazirlik tərəfindən hər dəfə 1 (bir) ildən çox olmayan müddətə uzadılır. Qeyd edilən tələblər çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

4.3. Çalışmanın yaş həddinə çatmış direktorlarla əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılıb-uzadılmaması ilə bağlı yerli təhsili idarəetmə orqanı tərəfindən Təhsil Nazirliyinə təqdimat göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011- ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) və bu Qaydaların 4.4-cü bəndinin tələbləri gözlənilməklə, habelə müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəyi öyrənilməklə direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması və ya uzadılmaması barədə qərar qəbul edilir. Müsbət qərar qəbul edildikdə müqavilə Nazirlik tərəfindən hər dəfə 1 (bir) ildən çox olmayan müddətə uzadıla bilər.

4.4.Direktorların iş yerinin dəyişdirilməsi və çalışmanın yaş həddinə çatmış direktorlarla bağlanmış əmək müqaviləsinin uzadılması barədə yerli təhsili idarəetmə orqanlarının Nazirliyə ünvanladığı təqdimat namizədin dövlət təltifinin olması, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması, son 1 ildə barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, son 3 il ərzində rəhbərlik etdiyi məktəbin IX sinif üzrə buraxılış imtahanlarında müsbət dinamika və nəticələrin rayonun orta göstəricilərindən aşağı olmaması, məzunların ali məktəblərə qəbul göstəricilərində irəliləyişin olması, beynəlxalq və respublika fənn olimpiadalarında şagirdlərin qalib adını qazanması ilə bağlı məlumat və təhlillərə əsaslanmalıdır.

5.Qaydaların pozulmasına görə məsuliyyət

Direktorların işə qəbulu, iş yerinin dəyişdirilməsi və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə iştirakçılar, təhsili idarəetmə orqanları və müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
 

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

 

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

 

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

 

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

 

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

 



Məqalə Göndər








Загрузка...