H/N sənədlər / Direktor
13 fevral 2017
25 903


Məzuniyyətin hesablanması qaydası və misalla izahı

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

 

Əmək məzuniyyətinin verilməsi, rəsmiləşdirilməsi qaydaları haqqında geniş məlumat verdik. İndi isə məzuniyyət haqqının hesablanılması qaydalarına nəzər yetirək. Məzuniyyət haqqını hesablamaq üçün ilk növbədə orta əməkhaqqını tapmaq lazımdır. Əmək Məcəlləsinin 140-cı maddəsində (Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi) yazılır:

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

3. Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

5. İşçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

6. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əməkhaqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əməkhaqqının faktik olaraq verildiyi gündən hesablana bilər.

7. Məzuniyyət vaxtı üçün hesablanmış orta əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

İndi isə əmək məzuniyyətinin hesablanılmasına bir misal gətirək. Tutaq ki, işçi 01.02.2008-ci il tarixində əmək müqaviləsi ilə işə daxil olub.
 
İşçi birinci iş ili - 01.02.2008-ci il tarixindən 01.02.2009-cu il tarixinə kimi olan dövr üçün 24.01.2009-cu ildə ərizə yazıb ki, onu fevral 2009-cu il tarixindən 30 gün müddətində əmək məzuniyyəti ilə təmin etsin. İşəgötürən də bunu təmin edib və qanuna uyğun rəsmiləşdirib.
 
İşçinin əməkhaqqı aşağıdakı kimi olub:
Fevral 2008 -100 manat
mart 2008 -100 manat
aprel 2008 -120 manat
may 2008 -120 manat
iyun 2008 -120 manat
iyul 2008 -120 manat
avqust 2008 -150 manat
sentyabr 2008 -150 manat
oktyabr 2008 -150 manat
noyabr 2008 -150 manat
dekabr 2008 -150 manat
yanvar 2009 -150 manat
CƏMİ: -1580 manat

Buradan aydın olur ki, işçi 12 ay işləyib və məzuniyyətə çıxıb. Odur ki, hesablama bu formada olacaq: 1580/12 = 131,67 /30,4 = 4,33 manat

* 30 gün = 129, 93 manat. İşçinin məzuniyyət haqqı 129, 93 manat təşkil edir.

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

 

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

 

Məzuniyyətin hesablanması qaydası və misalla izahı

 

Məzuniyyətin hesablanması qaydası və misalla izahı


Məqalə Göndər








Загрузка...