Hekayələr
14 iyul 2016
6 282


1 günün məcarası....İnanclarımız...

 

1 günün məcarası....İnanclarımız...

 

Deyəsən , bir dəfə demişdim ki , işə gedib çıxmaq üçün iki saata qədər yol qət edirəm. Bütün günüm qaçaqovladı. İşdə hərdən zarafatyana mənə " Miriş " deyirlər. Çünki " salam " verən kimi " sağ ol” deyirəm. İşdə kiminsə ölüsündən , dirisindən ən son mənim xəbərim olur. Nənələrimiz demişkən " Kişi işinə də gedirəm , qadın işinə də ”. Hərdən özümə kənardan başqa gözlə baxmağa çalışıram. Görəsən, bu işləri mən necə çatdırıram? Əgər gün 24 saatdan çox belə olsa, mənə yetməzdi. 
Həmişəki kimi səhər uşaqlara " tez ayaqqabınızı geyinin , yox , bu oyuncağı bağçaya apara bilmərik , mənim telefonum hanı? "deyib uşaqlarla dalaşa – dalaşa evdən çıxıram. Elə qapıdan çıxanda qonşu binadakı qadın qarşıma çıxdı. Onunla heç bir münasibətimiz yoxdu. Salam-sağ ol belə. Bu məni görəndə mənə bir nifrət dolu baxışlarla baxıb gözünü süzdürdü ki , mat – məəttəl qaldım. Öz- özümə dedim :” həə, günə yaxşı başladım ".
Əslində , mən belə inanclara inanmıram. Ay qara pişik keçdi , qarşıma ağırayaq adam çıxdı. Amma bu baxışlar məni yaman qorxutdu. Rəhmətlik anam demişkən "Allah o günü ömrümə yazmasın”. Qapıdan çıxan kimi düşdüm Bakının tıxacına. Mən hələ belə tıxac görməmişdim. Uzaqdan baxanda yoldakı maşınlar qarışqa qatarına bənzəyirdi. Dayanacaqda xeyli gözləyəndən sonra uşaqlarla piyada getməyin daha düzgün olduğuna qərar verdim. Qaça-qaça , yıxıla-yıxıla , qan-tər içində bağçaya çatdıq. Elə təzəcə çatdıq ki , bağçanın qapısın bağladılar. Başladım dil tökməyə " Ay atan yaxşı , anan yaxşı. Aç qapını bu uşaqları qoyum, işə gecikirəm”. Qapıçı da daş atıb başın tutur ki ,müdirə deyib bağla , deməli , bağla.( indiki zamanda belə düzgün işləyən işçi mən görməmişəm ). Əsəbimdən məni ağlamaq tutub. (mən yaman sulugözəm) Birtəhər yalvar–yaxarla , minnətçi düşə - düşə qapını açdırıb uşaqları qoydum.
Bağçadan çıxan kimi ayaqqabımın dabanı düşdü , avtobusa minəndə ətəyim cırıldı. Avtobusdan düşəndə sanki dilənçi məhləsinə düşdüm. Hərəsi bir tərəfdən "sən o gözəl canın mənə pul ver ,nə gözəl eynəyin var, onu mənə ver də ,ayy , hələ bunun sırqalarına bax "deyib üstümə hücum çəkdilər. Nə yaxşı ki , dostlaşdığım iki dilənçi qadın dadıma çatıb , məni onların əlindən qurtardılar. İlahi, mən elə bilirdim ki , işə gedib çatmayacam. 
Axır ki , işə çatdım. Elə çatan kimi direktorun müavini yapışdı yaxamdan ki , bəs otağın açarın itirmisən ,uşaqlar partaları sındırıblar. At bu , Quran bu məndə açar olmayıb dedim , amma inandıra bilmədim. Ürəyimdə o qonşu qadına deyirdim ,mənə elə baxdığın yerdə gözünə şiş bataydı. 
Axır ki , işimi bitirdim. Hələ , evə qayıtmaq var idi. Mən bu cür macəraları həftənin 3 – 4 günü yaşayıram. Bəlkə , günlər bir –birindən bir az fərqlənir. Axşam evə çatanda canlı meyitə oxşayıram. Və bunun müqabilində nə əldə edirəm? Uşaqlarımı təmin edə bilməyəcən bir əmək haqqı. Buna dəyərmi ?
Sonra eşitdim ki , qonşu bu yaxınlarda gəlinini iki uşaqla evdən qovubmuş. Düşündüm, yəqin ,o qədər yanıqlı imiş ki , məni görəndə o yadına düşübmüş. Axı mən də iki uşaqlı gəlinəm. Axx, bu qaynanalar. Heç cür gəlinlərlə ulduzları barışmadı.....Sonra bildim ki , sən demə, yazığın gözləri çəp imiş. Mənə baxmırmış.Türklər demişkən , zavallının günahını almışam....
 Şəhriyyə Qəzənfərqızı
Məqalə Göndər








Загрузка...