Hekayələr
31 may 2016
24 050


Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

ABŞ – ın Kanzas əyalətinin Elkhart kəndində çox yoxsul bir ailənin uşaqları olan iki qardaş, eyni məktəbdə oxuyurdular. Hər səhər siniflərindəki sobanı yandırmaq onların vəzifəsi idi. Soyuq bir günün səhəri, qardaşlar sobanı təmizlədilər və odunla doldurdular. Qardaşlardan biri, bir şüşə ağ nefti odunların üstünə tökdü və yandırdı. Bu anda elə böyük bir partlayış oldu ki, köhnə bina yelləndi. Partlama anında böyük qardaş öldü və digərinin ayaqları dəhşətli şəkildə yandı. Daha sonra şüşəyə yanlışlıqla benzin doldurulduğu ortaya çıxdı...Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Yaralanan uşağı müalicə edən həkimlər, uşağın ayaqlarını kəsməkdən başqa çarə olmadığını söylədilər. Ata və ana bu xəbəri eşidincə dünya başlarına yıxıldı. Bir övladları ölmüşdü və digər oğulları isə ayağını itirəcəkdi... 
 
Valideynlər uşağın ayağının kəsilməsinə razı olmadılar. Həkimlərdən, amputasiya prosesini bir az ertələmələrini xahiş etdilər. Həkimlər isə, uşağın ayaqlarının tamamən yandığını və kəsilməzsə uşağın ölmə ehtimalının böyük olduğunu söyləyirdilər. Həkimlər təkid etdikcə, ailə ertələyirdi. Lakin, ata və ana, inanclarını itirməmişdi. Uşağın ayağının yaxşılaşması üçün hər gecə Tanrıya dua edirdilər. Hətta uşağın anasının etdiyi dualar bəzən səhər saatlarına qədər uzanırdı. Gecələr dua edən ana – ata, gündüzlər həkimlərə yalvarıb, kəsmə prosesini bir gün də ertələməyi istəyir,  həkimlərlə mübahisə edirdilər.  
Belə vəziyyət, düz iki ay davam etdi. Uşağın ayaqları kəsilmədi amma, iki ay sonra sarğılar açılarkən, sağ ayağın sol ayaqdan 6 sm qısa olduğu ortaya çıxdı. Sol ayağındakı barmaqlar isə demək olar ki, heç yox idi. Ancaq ailə yenə də qərarlı idi. Ata və ana, uşaqla ağrılardan qovrulmasına baxmayaraq hər gün yatağında idman hərəkətləri edir və onu yeriyəcəyinə inandırmağa çalışırdılar.
 
Aylarca davam edən idman hərəkətləri nəhayət uğurlu oldu və uşaq, bir – iki addım atmağı bacardı. Bu oğlan gənclik yaşına çatdığında əl dəyənəklərindən də qurtuldu və yeriməyə başladı. 
Möcüzə gerçəkləşmişdi və gənc artıq heç bir kömək olmadan yeriyə bilirdi. 
Yeridi, yeridi, yeridi...
Daha sonra qaçmağa başladı...
Qaçdı, qaçdı, qaçdı...
Heç durmadan qaçdı...

1934 – cü ildə təşkil olunan atletizm yarışlarında 1 mil məsafəni 4:06:07 saniyəyə qaçdı və marafonda dünya rekordu qırdı. Bu gənc Qlen Kaningem idi. 
1936 – cı ildə, X olimpiya oyunlarında 23 yaşlı bu oğlan 1500 metrlik məsafəyə qaçış üzrə IV yeri tutdu. 
II Dünya müharibəsi ərəfələrində, 1940 – cı il olimpiya oyunları keçirilmədiyinə görə Qlen idmandan getməli oldu. Onun rekordları neçə - neçə atlet tərəfindən təzələndi. Kanzas universitetində isə qaçış yarışları qaliblərinə "Glen Cunningham” mükafatı verilir.
Madison Sguare Garden’da  "Yüz İlin İdmançısı” seçilən Qlen Kanningem, daha sonra "Dünyanın Ən Sürətli İnsanı” adını da qazandı. 
Məqalə Göndər








Загрузка...