Direktor
09 yanvar 2017
15 513


Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

 


9.Məktəb üzrə əmr kitabı (Həmin kitabda aşağıdakılar rəsmiləşdirilir : Təlim-tərbiyə prosesi məsələləri üzrə sərəncamlar və göstərişlər, Azərbaycan Respublikasının Qanunçuluğuna və Təhsil Nazirliyi sisteminin ümumtəhsil məktəbləri işçiləri üçün daxili əmək intizamı qaydalarına uyğun olaraq müəllimlərin və məktəbin digər işçilərinin işə qəbulu və azad olunması, onların məzuniyyətə çıxması, ezamiyyətə, ixtisasartırma kurslarına göndərilməsi, dərs ilinin əvvəlində şagirdlərin siniflər üzrə sayca tərkibi (bu zaman, I siniflər yeni qəbul, VI və X siniflər təhsil sahələrinə görə komplektləşdirildiyi üçün adlı), yeni qəbul edilənlərin (II-X siniflər) və məktəbdən gedənlərin (I-XI siniflər) adlı siyahısı, dərs saatlarının, sinif rəhbərlərinin müəllimlər  arasında bölüşdürülməsi, tədris kabinetlərinin tapşılması, həvəsləndirmə və tənbehlər və s. Dərs bölgüsü zamanı müəllimin s.s.a, ixtisası, dərs dediyi siniflər (V-A -5saat, VI-a -5 saat və s.), cəmi 18 saat (seçmə, fakultətiv, dərnək olduqda o da göstərilməlidir).

          Seçmə fənlərə ayrılan saatlar hər növbəti tədris ilində siniflər üzrə göstərilməlidir (VI-a- "riyaziyyat və informatika” təhsil sahəsi-riyaziyyat-2 saat, X-a- "Dillər və ədəbiyyat” təhsil sahəsi- Azərbaycan dili-3 saat, ədəbiyyat-3saat, ingilis dili-2saat və s.), fənlərarası əlaqəni təmin etmək məqsədi ilə yaxın təhsil sahələrinə aid olan fənlərin tədrisinə seçməyə ayrılan saatlardan VII-IX siniflərdə 1 saatı, X-XI siniflərdə isə 1-3 saatı verilə bilər (nümunə : VIII sinifdə "təbiət fənləri” t.s seçilmişdir, seçmə fənlərə ayrılan saatlardan 1 saatı riyaziyyatın tədrisinə, X sinifdə "Dillər və ədəbiyyat” t.s.s. , seçmə saatlardan Azərbaycan tarixinə 1 saatı, tarixə 1 saatı, XI sinif "riyaziyyat və informatika” t.s.s. , 1 və ya 2 saatı fizikann, 1 saatı kimyanın tədrisinə verilə bilər.). Məktəb üzrə əmrlərdə pedaqoji şuranın şagirdlərin imtahana buraxılması, IX və XI (XII) sinifləri bitirməsi, və s. qərarları rəsmiləşdirilir. Şagirdlərin siyahısı (siniflər üzrə yuxarı sinfə keçirilənlər və ya məktəbi bitirənlər və s.) pedaqoji şuranın protokoluna yazılır, əmrdə isə ümumi nəticələr (say) göstərilir. 

          Məktəb üzrə əmrlər verilirkən həmin əmrlərin adı ( məzmuna uyğun ), əsas göstərilməlidir. Məsələn, "Şagird qəbulu barədə” , əsas : valideynin ərizəsi və şagirdin şəxsi işi ( II-XI siniflər ), I siniflər üçün əsas : valideynin ərizəsi, komissiyanın rəyi. 

          Əmrlər verilərkən əmrlərin ardıcıllığı nəzərə alınmalıdır. Məsələn, əvvəl siniflərin komplektləşdirilməsi, sonra isə dərs bölgüsü və s. əmrlər verilməlidir. 

          Hər il dərs ilinin əvvəlində komplektləşmə əmrindən sonra dərs bölgüsündən əvvəl ayrı-ayrı siniflər üzrə şagirdlərin sayı göstərilməklə xarici dil, fiziki tərbiyə, əmək hazırlığı və texnologiya, informatika (X-XI siniflər, seçmə fənlərə ayrılmış saatlardan 1 saatı praktiki məşğələlər zamanı), rus bölməsində azərbaycan dili fənlərindən siniflərin 2 qrupa bölünməsi əmrlə rəsmiləşdirilməlidir.

          Fakultativ, fərdi və qrup məşğələlərin (dərnəklərin) əmri verilərkən şagirdlərin ərizəsi əsasında kursun (dərnəyin) dəqiq adı, ayrılmış saatların miqdarı və şagirdlərin adlı siyahısı göstərilməlidir. Təhsil Nazirliyi tərəfindən əmrlə fakültətiv kurslara ayrılmış saatlar hesabına tədris edilən kurslara görə şagirdlərdən ərizə alınmır, şagirdlərin adlı siyahısı əmrdə göstərilmir (ümumi şəkildə əmr verilir-kursun adı və siniflər göstərilir). Kitab səhifə-səhifə nömrələnir, qaytanlanır, məktəb və BŞTİ – si rəhbərləri tərəfindən imzalanır, möhürlə tısdiq olunur, daimi saxlanılır.
 
Tərtib etdi : BŞTİ – nin aparıcı məsləhətçisi E.Məmmədov

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (PEDAQOJİ ŞURA)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (PEDAQOJİ ŞURA)

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Ağstafada 7-ci siniflər arasında futbol yarışları keçirilir

Ağstafada 7-ci siniflər arasında futbol yarışları keçirilir

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Təmayüllü siniflər üçün TƏDRİS PLANI təsdiq edildi. Təhsil Nazirindən yeni əmr

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.